SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidenti bu şəxsləri təltif etdi

Abunə olmaq
“Azərnəşr” və Həmkarlar İttifaqı Konfederasiyası əməkdaşları təltif edilib

BAKI, 2 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarını təltif edib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Qarayeva Rəsmiyə Məmməd qızı və Rəhimov Elxan Rəhim oğlu “Tərəqqi” medalı ilə təltif olunublar.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının sosial-ictimai və humanitar-mədəni həyatında göstərdikləri xidmətlərə görə Həmkarlar İttifaqları Konfederasiyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib.

“Əməkdar həkim”

Quliyev Akif Əvəz oğlu

Quliyev Şahin Şahpələng oğlu

Məmiyev Çingiz Qəzər oğlu

Şahməmmədov Şərif Şahməmməd oğlu.

“Əməkdar müəllim”

Mövlayeva Dilarə Ramazan qızı

Rzayeva Zümrüd Lazım qızı

Sofiyeva Günəş Xəlil qızı.

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Əliyev Mirzə Vaqif oğlu.

“Əməkdar mədəniyyət işçisi”

Aslanov Azad Qulu oğlu

Hüseynov Əmrah Rəhman oğlu

Qurbanov İsgəndər Kərəm oğlu

Talıbov Cahangir Əzim oğlu.

Xəbər lenti
0