SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı nazir Türkmənistana gedib

© Sputnik / Murad OrujovЭльмар Мамедъяров, министр иностранных дел Азербайджана
Эльмар Мамедъяров, министр иностранных дел Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov Türkmənistana rəsmi səfərə gedib

BAKI, 31 yanvar — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров в ходе совместного брифинга с турецким коллегой Мевлютом Чавушоглу - Sputnik Azərbaycan
Elmar Məmmədyarov Fransa hökuməti qarşısında tələb qoydu

Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.

Qeyd edək ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2017-ci ildə Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.

Xəbər lenti
0