Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev dəhşətli yanğında ölənlərlə bağlı başsağlığı verdi

1514
(Yenilənib 21:11 27.01.2018)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan president.az-a istinadla xəbər verir ki, dövlət başçısı məktubda Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar koreyalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Koreya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

1514
Teqlər:
ölənlər, Koreya, başsağlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Əlaqədar
Ölkə matəm içində: İlham Əliyev başsağlığı verdi
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

İlham Əliyev Türkiyə prezidentinə təşəkkür edib

19
(Yenilənib 20:01 28.09.2020)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir", - deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub:

"Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Azərbaycan və Türkiyə "Bir millət iki dövlət" prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir".

19
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Rəsmi Azərbaycan: Türkiyə Qarabağ münaqişəsinə heç bir halda müdaxilə etmir

83
(Yenilənib 19:09 28.09.2020)
Ceyhun Bayramov: "Əgər Azərbaycan Silahlı Qüvvələrinin bu gün istifadə etdiyi silahlar nəzərdən keçirilsə, onda onun əksəriyyətinin Rusiya istehsalı olduğu görünər".

BAKI, 28 sentyabr — Sputnik. Türkiyənin Ermənistanla olan münaqişəyə müdaxiləsindən söhbət belə gedə bilməz. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

"Türkiyənin heç bir müdaxiləsi yoxdur. Əgər biz Türkiyə və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıqdan danışırıqsa, onda Azərbaycan bir sıra ölkələrlə hərbi-texniki sahədə əməkdaşlıq edir və hətta bu sahədə Rusiya ilə daha çox əməkdaşlıq edir", - deyə Ceyhun Bayramov qeyd edib.

O, vurğulayıb ki, əgər Azərbaycan Silahlı Qüvvələrinin bu gün istifadə etdiyi silahlar nəzərdən keçirilsə, onda onun əksəriyyətinin Rusiya istehsalı olduğu görünər.

Ceyhun Bayramov qeyd edib ki, Türkiyə ilə müntəzəm birgə təlimlər planlı xarakter daşıyır və hər hansı bir konkret ölkəyə qarşı yönəlməyib: "Türkiyə ilə hərbi təlimlərə gəldikdə, onlar tamamilə planlı xarakter daşıyır. Ötən il Azərbaycanda ondan çox belə təlim keçirilib. Onların əsas məqsədi döyüş hazırlığını qaldırmaqdır".

83