SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidenti “Statoil”in baş icraçı direktoru ilə görüşüb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə “Statoil” şirkətinin 25 ildir ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub

BAKI, 24 yanvar — Sputnik. Prezident İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə “Statoil” şirkətinin 25 ildir ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

“Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0