Rizvan Hüseynov

"Türkmənçay müqaviləsinin arxasında Britaniya dayanır"

44
(Yenilənib 15:10 09.01.2018)
Rizvan Hüseynov: "O zamanlar İran ərazisində Rusiya və İngilitərə müharibə aparırdı"

BAKI, 9 yanvar — Sputnik. "Türkmənçay müqaviləsinin həm siyasi, həm də ideoloji əhəmiyyəti var". Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

O bildirib ki, bu müqavilənin arxasında həm də Britaniya dayanır: "O zamanlar İran ərazisində Rusiya və İngilitərə müharibə aparırdı. Türkmənçay müqaviləsi də o vaxtkı müharibənin nəticəsi olaraq İngiltərə və Rusiya arasında çəkilmiş sərhədləri müəyyən edir".

44
Teqlər:
Rizvan Hüseynov, Türkmənçay müqaviləsi, İran, Rusiya, İngiltərə
Əlaqədar
Türkmənçay sülh müqaviləsi
Azərbaycan Milli Məclisinin binası

Milli Məclis Fransa Senatına etiraz bəyanatı qəbul etdi: MÜDDƏALAR

113
Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclis noyabrın 25-də Fransa Senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib.

Azərbaycan parlamentinin bəyanatında qətnamə pislənilir və qeyd edilir ki, bu sənəd beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan Milli Məclisi Azərbaycan Hökumətinə aşağıdakılar ilə bağlı çağırış edir.

- Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.

- Azərbaycan ilə Fransa arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın.

- Azərbaycan ilə Fransa arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün. 

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

113
Teqlər:
bəyanat, etiraz, qətnamə, Senat, Fransa, Milli Məclis
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qırmızı Xaç komitəsinin maşınları, arxiv şəkli

Hərbi əsir Amin Musayevlə bağlı yenidən şayiələr yayılıb

71
(Yenilənib 12:57 26.11.2020)
Beynəlxalq Qırmızı Xaç Komitəsi və hərbi əsir Amin Musayevin qohumu onun Azərbaycana qaytarılması ilə bağlı məlumatı təsdiqləməyib

BAKI, 26 noyabr — Sputnik. Hərbi əsir Amin Musayev ailəsinə qaytarılmayıb. Sputnik Azərbaycan xəbər verir ki, hərbi xidmətçinin dayısı Sənan Sadıqov sosial şəbəkələrdə bu barədə yayılmış şayiələri təkzib edib.

Qeyd edək ki, bir qədər bundan əvvəl sosial şəbəkələrdə yayılan videoda zahirən 26 yaşlı Musayevə bənzəyən hərbi geyimli cavan oğlanın görüntüləri əks olunub. Videoda həmin oğlan, çox güman ki, yaxın qohumu olan orta yaşlı qadını uzun ayrılıqdan sonra qucaqlayır. Video yayılandan bir neçə saat sonra silinib.

Musayevlə bağlı söz-söhbət jurnalist Aleksandr Xarçenkonun yaydığı videolardan sonra geniş yayılıb. O, erməni hərbçilərinin Şuşa şəhəri yaxınlığındakı döyüşdən sonra iki yaralı Azərbaycan əsgərini necə tapdıqlarını videoya çəkib. Daha sonra yaralılar təcili yardım maşınında naməlum istiqamətə aparılıblar. Xarçenko bildirib ki, azərbaycanlı əsgərlərin gələcək taleyi barədə məlumat almağa çalışsa da, buna nail ola bilməyib.

Xatırladaq ki, Amin Musayev Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş üç hərbi qulluqçumuzdan (digərləri Rüstəm Ruslanov və Bayram Kərimovdur) biridir. Azərbaycanlılar dünyanın hər yerindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə onların tezliklə qaytarılması üçün qurumun fəaliyyətə keçməsi məqsədilə çağırış ediblər. Göstərilən bütün səylərə baxmayaraq Musayev və digər hərbi əsirlərlə bağlı dəqiq məlumat əldə etmək mümkün olmayıb.

“Videodakı şəxs mənim bacım oğlu deyil. Əlimdə böyüyən uşağı tanımayacam? Bu, o deyil”, – deyə Sadıqov qətiyyətlə bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən də hərbi əsirin qaytarılması ilə bağlı məlumatı təsdiqləməyiblər. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, sentyabrın 27-dən bu yana qurum yalnız bir mülki şəxsin Azərbaycan tərəfindən Ermənistana qaytarılmasına vasitəçilik edib. Hərbi əsirlərlə bağlı hər hansı bir əməliyyat isə aparılmayıb.

71
Teqlər:
video, Amin Musayev, şayiə, hərbi əsirlər, Qarabağ
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib - VİDEO

0
(Yenilənib 14:14 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

0
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam