Milli Məclis

Qanunvericiliyimizdə "milliyyət" sözü yığışdırıldı

1955
(Yenilənib 21:55 01.01.2018)
Ümumi seçki hüququ maddəsinə dəyişiklik edilib

BAKI, 1 yanvar — Sputnik. Seçki Məcəlləsinin 3-cü maddəsinə (Ümumi seçki hüququ) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən 3-cü maddədə "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilib.

Mövcud variantda deyilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Təklif olunan variantda deyilir ki, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

1955
Teqlər:
milliyyət, Seçki Məcəlləsi, dəyişiklik, maddə
Əlaqədar
Deputat Seçki Məcəlləsinə dəyişikliyi şərh edir: "Heç bir effekti olmayacaq"
Seçki qutularının ağzı kilidlənəcək
Azərbaycanda prezident seçkilərinin tarixi məlum oldu
Azərbaycanda seçki dairəsi yandı