SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: “Rusiya stabilləşdirici faktordur”

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidVladimir Putin və İlham Əliyev, 26 dekabr 2017-ci il
Vladimir Putin və İlham Əliyev, 26 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini söyləyib

BAKI, 27 dekabr — Sputnik. "Rusiya dünya miqyasında stabilləşdirici faktordur". Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Rusiya — MDB-ni birləşdirən ölkə, Birliyin əsas ölkəsidir. Ona görə də, təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir. Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında ictimai siyasi stabillik təmin olunub. Bu, ictimai razılığa söykənir", — deyə İlham Əliyev vurğulayıb.

İlham Əliyev Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini söyləyib: "Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı sizin adınızla bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfesiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də, bütün bu mövcud beynəlxalq panorama bir daha sizin kursunuzun düzgün olduğunu deyir. Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur".

Xəbər lenti
0