Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü

Ərdoğan İlham Əliyevə zəng vurub

57
(Yenilənib 20:04 24.12.2017)
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb

BAKI, 24 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan il ərzində keçirilən çoxsaylı qarşılıqlı səfərləri və görüşləri məmnunluqla xatırlayıb və əmin olduqlarını bildiriblər ki, bu təmaslar gələn il də davam edəcək.

57
Teqlər:
telefon zəngi, təbrik, doğum günü, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan
Əlaqədar
Donald Tramp və Kral Salman telefonda nəyi müzakirə etdilər?
"Apple" telefonunda səhv tutdu, iki min dollar qazandı
Putin və Tramp arasında telefon danışığı olub
Telefonlar sahiblərinə casusluq edəcəklər
Tramp-Ərdoğan telefon danışığında maraqlı anlar yaşanıb