Vladimir Putin

Vladimir Putin İlham Əliyevi Rusiyanın əsl dostu adlandırdı

165
(Yenilənib 09:59 25.12.2017)
"Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm"

BAKI, 24 dekabr — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən məlumat verir ki, Rusiya prezidenti təbrik məktubunda prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişaf yolunda inamla irəlilədiyini, aktual beynəlxalq problemlərin həllində fəal rol oynadığını bildirib.

Vladimir Putin prezident İlham Əliyevi Rusiyanın əsl dostu adlandıraraq, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verdiyini qeyd edib: "Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm".

165
Teqlər:
məktub, təbrik, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, doğum günü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Əlaqədar
Putin: “Rusiya düşmən axtarmır”
Putin və Tramp arasında telefon danışığı olub
Putindən Ərdoğana sürpriz təklif: Türkiyənin istədiyi də bu idi
Putin Şimali Koreyaya haqq qazandırdı
Putin rəqibini ələ saldı: “Yenə aldadıb gəlmisən?”