Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral

Səfir: “Qarabağ münaqişəsinin həlli yetişib”

182
(Yenilənib 13:47 23.12.2017)
“Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da Azərbaycanın yanında olacağıq”

BAKI, 23 dekabr — Sputnik. “Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır”.

Sputnik Azərbaycan APA-ya istinadən xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib: “Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal edilib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib”.

E.Özoral qeyd edib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da Azərbaycanın yanında olacağıq”.

182
Teqlər:
Erkan Özoral, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə, Azərbaycan, səfir, bəyanat
Əlaqədar
Livanda Britaniya səfirliyinin əməkdaşı qətlə yetirilib
Qətər səfirliyində Milli Gün qeyd edildi
Azərbaycan səfirləri geri çağırıldı
Prezident yeni səfiri qəbul edib
ABŞ Rusiya səfirliyinin atəşə tutulmasını dəstəkləyir?
Председатель общественного объединения «Борчалы» Залимхан Мамедли

Siyasi şərhçi: “Gürcüstanda köhnə demokratik idarəetməyə tələbat özünü büruzə verir”

9
(Yenilənib 08:29 30.10.2020)
“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli deyir ki, Gürcüstanda mövcud hakimiyyətə siyasi oriyentasiya baxımından şübhəli yanaşılır
Zəlimxan Məmmədli: “Çoxluğun müxalifətə tərəfdar olacağını düşünürəm”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Sputnik Azərbaycan-a deyir ki, hazırki İvanaşvili komandası hakimiyyətə maksimalist şüarlarla gəlib:

“Gürcüstanda mövcud hakimiyyətə siyasi oriyentasiya baxımından şübhəli yanaşılır. Hazırda Gürcüstanda ciddi proseslər gedir. Gürcüstanda köhnə demokratik idarəetməyə tələbat özünü büruzə verir. O baxımdan çoxluğun müxalifətə tərəfdar olacağını düşünürəm. “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan”ın qələbə qazanacağını düşünmək olar. Normal demokratik seçkilərin keçirilməsi mövcud hakimiyyətin yeni komanda formalaşdırmasına mane ola bilər”.

Zəlimxan Məmmədlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

21
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

21
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 37 dollara düşüb

0
(Yenilənib 12:38 30.10.2020)
Dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,67 dollar geriləyərək 36,98 dollar, "Light" markalı neftin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 35,62 dollar olub.

Qeyd edək ki, dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0