Türkiyənin Baş naziri Binəli Yıldırım Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Türkiyənin baş naziri Naxçıvandadır

54
(Yenilənib 10:10 21.12.2017)
Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb

BAKI, 20 dekabr — Sputnik. Binəli Yıldırım Naxçıvana səfərə edib

Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Daha sonra Binəli Yıldırım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Baş nazir abidənin önünə əklil qoyub.

54
Teqlər:
qarşılama, Ali Məclisin Sədri Vasif Talıbov, Binəli Yıldırım, abidə, ziyarət, Naxçıvan, səfər
Əlaqədar
Binəli Yıldırım ABŞ-ın qəbul etmədiyi təklifi açıqladı
Yıldırımla Merkel qapalı görüş keçirdi
İlham Əliyevlə Binəli Yıldırım arasında görüş olub
Putin: Yıldırımın səfəri yüksək səviyyəli görüş üçün əsas olmalıdır
Binəli Yıldırım Dmitri Medvedyevi təbrik edib
Azərbaycanın işğal edilmiş Şuşa şəhərində dağıdılmış məscid, arxiv şəkli

Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır

9
(Yenilənib 16:48 31.05.2020)
Avstraliya hökumətinə ünvanlanan məktubda işğal altında olan Dağlıq Qarabağda qeyri-qanuni şəkildə fəaliyyət göstərən erməni separatçılarının beynəlxalq hüquq normalarına və beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymamasına diqqət cəlb edilib

BAKI, 31 may — Sputnik. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni olaraq "prezident seçkisi" və qədim şəhərimiz Şuşada "andiçmə" şousunun keçirilməsi dünyada fəaliyyət göstərən diaspor təşkilatlarının və soydaşlarımızın hiddətinə səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu günlərdə azərbaycanlıların diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin dövlət və hökumət strukturlarına, eləcə də nüfuzlu beynəlxalq təşkilatlara ünvanladığı çoxsaylı müraciətlərdə Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın himayəsi altında cinayətkar rejimin atdığı addımların Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquq normalarına, eləcə də münaqişə ilə bağlı aparılan sülh danışıqlarına zidd olduğu vurğulanıb.

Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) tərəfindən Avstraliya hökumətinə ünvanlanan məktubda işğal altında olan Dağlıq Qarabağda qeyri-qanuni şəkildə fəaliyyət göstərən erməni separatçılarının beynəlxalq hüquq normalarına və beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymamasına diqqət cəlb edilib.

Avstraliya hökumətinin Xarici İşlər və Ticarət Departamentinin AAA prezidenti Mikayıl Oytaya cavab məktubunda bildirilib ki, Avstraliya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Məktubda Avstraliya hökumətinin martın 31-də erməni separatçıları tərəfindən keçirilən qondarma seçkiləri də tanımadığı və ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması istiqamətində cəhdlərini dəstəklədiyi qeyd olunub.

9
Əlaqədar
Avropa Şurası nəhayət mövqeyini açıqladı: Dağlıq Qarabağda “seçkiləri” tanımır
Hikmət Hacıyev: Ermənistan hakimiyyəti faşist cəlladlarının heykəllərini sökməlidir
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
XİN: Ermənistan ilhaqçı siyasətini nümayiş etdirir
Dövlət başçısı: "Əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək"
Milli Məclisin deputatı Vahid Əhmədov

Vahid Əhmədov Zakir Həsənovu sərt tənqid etdi Nazirlik dərhal cavab verdi

120
(Yenilənib 16:30 31.05.2020)
"Millət vəkilinə xatırladırıq ki, "Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu"nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən, "müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq" verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir"

BAKI, 31 may — Sputnik. "Mayın 31-də Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir".

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda deyilir.

Bildirilir ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib: "Millət vəkilinə xatırladırıq ki, "Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu"nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən, "müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq" verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".

Qeyd edək ki, Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu sərt tənqid edib.

"Qafqazinfo" xəbər verir ki, deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıkovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb.

"Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmirlər. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın.

Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz, elə bil, kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq", - deyə Vahid Əhmədov fikrini bildirib.

Millət vəkili Siyavuş Novruzov isə təklif edib ki, ehtiyac yaransa, Müdafiə nazirini buraya dəvət edərik o da təkliflərini verər: "Biz haradan bilirik ki, Müdafiə naziri Ali Baş komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər ki, Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provokasiyaya getmək olmaz. Bu, uşaq oyuncağı deyil. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik".

Milli Məclisin sədri Sahibə Qafarova isə Vahid Əhmədovun çıxışını kəsərək ona sərt irad bildirib. Spiker V.Əhmədovun müzakirə olunan qanun layihəsi haqqında çıxışa yazıldığı halda mövzuya aidiyyəti olmayan məsələlərə toxunduğunu deyib.

120
Minneapolisdə etirazlar

Rusiya ABŞ-a nota verdi

28
(Yenilənib 00:38 01.06.2020)
“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – səfir Anatoli Antonov

BAKI, 31 may - Sputnik. Rusiya Federasiyasının səfirliyi ABŞ Dövlət Departamentinə RİA Novosti-nin müxbirinin başına gələn hadisəyə görə nota verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

RİA Novosti-nin müxbiri Mixail Turgiyev Minneapolisdəki etiraz aksiyalarını  işıqlandırarkən polisin hücumuna məruz qalıb – o, jurnalist vəsiqəsini göstərib mətbuat nümayəndəsi olduğunu desə də onun üzünə gözyaşardıcı qaz sıxıblar. Turgiyevin yanında olan Amerikanın VICE telekanalının bir qrup jurnalisti də analoji təzyiqlə üzləşib.

“Mixail Turgiyev və yanılndakı amerikalı jurnalistlər yerli polislər tərəfindən yolverilməz münasibətə məruz qalıblar. Hadisə yerində çəkilmiş kadrlardan aydın olur ki, mətbuat işçiləri hündürdən və aydın şəkildə özlərinin jurnalist olduqlarını deyirlər, geyimləri üzərində lazımi nişanlar var, onlar sənədlərini təqdim edib və heç bir müqavimət göstərməyiblər”, - Antonovun sözləri səfirliyin Facebook səhifəsində yayımlanıb.

“Bu hiddətləndirici fakta görə Dövlət Departamentinə etiraz notası göndərilib. Biz geniş araşdırma aparılmasını və onun nəticələri barədə məlumatlandırılmağımızı tələb etmişik”, - Antonov deyib.

“ABŞ-da KİV işçilərinin hüquqlarının pozulmasının momitorinqini aparan hüquq müdafiə təşkilatlarının bu insidenti nəzərə almasına nail olacağıq”, - səfir dəqiqləşdirib.

O həmçinin qeyd edib ki, “Amerika mətbuatı tərəfindən hər-hansı ictimai təəssüf və ya təsəlli cəhdi sezməyib”.

“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – deyə Antonov sual edib.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

28
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı