Milli Məclis

"Prezident seçkilərilə bağlı təxribatçı məlumatlar yayılır"

221
(Yenilənib 22:34 16.12.2017)
Siyavuş Novruzov: “Heç kəsin prezidentin səlahiyyət müddətini azaltmağa hüququ yoxdur”

BAKI, 15 dekabr — Sputnik. "Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, ölkədə növbədənkənar seçkilərin keçirilmə müddəti Konstitusiya ilə tənzimlənir: "Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidi. Mətbuat orqanları bunu yanlış yazır. Bəziləri də deyir, gələn ilin martında növbədənkənar seçkilər keçiriləcək. Bunlar hamısı təxribatdır. Konstitusiyanı oxumaq lazımdır. Buna düzgün yanaşılmalıdır. Heç kəsin prezidentin səlahiyyət müddətini azaltmağa hüququ yoxdur".

S.Novruzovun sözlərinə görə, Amerikada yaşayan Sevinc Osmanqızı ABŞ-da şayiə yayıb ki, guya Azərbaycanda mart ayında növbədənkənar prezident seçkiləri keçiriləcək: "Bu, sırf təxribatdır. O, təxribatla məşğul olur".

221
Teqlər:
Sevinc Osmanqızı, Seçki Məcəlləsi, Siyavuş Novruzov, Milli Məclis, prezident seçkiləri, təxribat
Əlaqədar
Siyavuş Novruzov imkansızlıqdan danışdı: "Pul ayrılsa, yaxşı olar"
Siyavuş Novruzov: Bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki...
Siyavuş Novruzovu ad günündə belə təbrik etdilər
Siyavuş Novruzov: Kim pul verirsə, musiqini də o, sifariş edir
Siyavuş Novruzov: Müsavat və AXCP-nin kitabı bağlanıb