Fazil Mustafa

Millət vəkilindən etiraz: "Qurum nəzarətdən kənarda qalanda belə olacaq"

16
(Yenilənib 16:32 15.12.2017)
"Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin"

BAKI, 15 dekabr – Sputnik. "Milli Məclis qanunverici və səlahiyyətli orqandır. Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə parlamentin razılığı olmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin: "Yəni Milli Məclis hər hansı məsələ ilə bağlı razılıq verəndə, bunu arxayınlıqla edə bilsin. Penitensiar Xidmətə baxın. Qurum qeyri-peşəkarlardan ibarət olanda belə olacaq. Çünki nəzarətdən kənarda qalıb. Ədliyyə Nazirliyinin özü də Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib. Silahlı Qüvvələrlə bağlı bəzi məsələlərə nəzarətin Milli Məclisdən kənarda qalmasını da yanlış hesab edirəm".

16
Teqlər:
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi, millət vəkili Fazil Mustafa, plenar iclas, etiraz, nəzarət, Milli Məclis
Əlaqədar
Fazil Mustafa: "Onlara "satqın və şərəfsiz" demək haqqını özümdə saxlayıram!"
Fazil Mustafa hökuməti ekspertlər və siyasi partiyalarla dialoqa çağırdı
Fazil Mustafa: Bu formada dirəniş ölkəmiz üçün faydalı olmayacaq
Fazil Mustafa Rəsulzadəni təhqir edən həmkarını MM-də gündəmə gətirdi
Fazil Mustafa: Deputatın belə bir ifadə işlətməsi, biabırçılıqdır