Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 25 aprel 2016-cı il

Ərdoğan İlham Əliyevi “Qüds toplantısı”na dəvət etdi

97
(Yenilənib 13:06 10.12.2017)
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısında iştirak edəcək

BAKI, 9 dekabr — Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.

Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.

97
Teqlər:
İslam Əməkdaşlıq Təşkilatı, toplantı, Qüds, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, dəvət
Mövzu:
Qüds ətrafında baş verən son hadisələr (20)
Əlaqədar
İlham Əliyev xarici kəşfiyyatla bağlı tapşırıq verdi
Prezident İlham Əliyev cəza tədbirlərindən danışdı
Prezident İlham Əliyevə əfv üçün müraciət olundu
Rusiyalılar İlham Əliyevə Sarkisyandan daha çox inanırlar
İlham Əliyev “Bakutel-2017” sərgisində — Foto