Moskvanın Nikolskaya küçəsi, arxiv şəkli

Rusiyalılar İlham Əliyevə Sarkisyandan daha çox inanırlar

793
(Yenilənib 10:58 07.12.2017)
Rusiyalıların fikrincə, İlham Əliyev MBD liderləri arasında üçüncü ən etibarlı prezidentdir

BAKI, 6 dekabr — Sputnik. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi (ÜİRÖM) 2010-cu ildən başlayaraq sabiq sovet respublikaları ilə bağlı ictimai rəyi öyrənmək üçün ruslar arasında sorğu keçirir.

Respondentlərə hər il eyni suallar verilir: onlar hansı ölkəni daha uğurlu və sabit hesab edirlər, hansı ölkəni Rusiya Federasiyasının daha etibarlı tərəfdaşı sayırlar, hansı ölkədə rusdilli əhalinin hüquqları təmin olunub, liderlərdən hansı daha etibarlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, ÜİRÖM-in xüsusi proqramlar direktoru Yelena Mixaylova bildirib ki, son yeddi il ərzində ilk dörd mövqeni Belarus, Qazaxıstan, Ermənistan və Azərbaycan tutur. Prezidentlərin etibarlılıq məsələsində Ermənistan Azərbaycanı izləyir. Rusiyalılar İlham Əliyevi daha etibarlı prezident hesab edirlər.

"Bizim üçün bu ölkələrin liderlərinin mövqeyi çox vacibdir. Rusiyalıların etimadını daha çox Belarus prezidenti Aleksandr Lukaşenko (62%) və Qazaxıstan lideri Nursultan Nazarbayev (56%) qazanıb. Liderlərə münasibət daha çox onların ölkəsi ərazisində yaşayan rusdilli əhaliyə münasibət əsasında formalaşır. Rusdilli əhalinin hüquqlarının nə dərəcədə müdafiə olunması Rusiyaya bəslənən dostluq münasibətinin vacib göstəricisidir" – deyə Mixaylova bildirib.

Sorğularda rusiyalıların etimad bəslədikləri liderlər sırasında 3-cü yerdə Azərbaycan prezidenti İlham Əliyev (12%) və 4-cü yerdə Ermənistan prezidenti Serj Sarkisyan (11%) gəlirlər. Daha sonrakı yeri Moldova prezidenti İqor Dodon (8%) tutur.

Mixaylovanın sözlərinə görə, 17-18 noyabr tarixlərində telefon vasitəsilə keçirilən sorğuda Qırğızıstan prezidenti Almazbek Atambayev 6-ci yeri tutub. Sonrakı yerləri ardıcıl olaraq Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov (7), Gürcüstan prezidenti Georgi Marqvelaşvili (8), Özbəkistan lideri Şavkat Mirziyayev (9), Tacikistan prezidenti İmoməli Rahmon (10) tutur. Ukrayna prezidenti Pyotr Poroşenko isə rusiyalıların ən çox etibarsız hesab etdiyi liderdir.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda
© Official website of President of Azerbaijan Republic

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Andrey Kazantsevin fikrincə, rusiyalılar arasında Azərbaycan, Ermənistan və Gürcüstanın reytinqi həmin ölkələrin diasporlarının üzvlərinin, Rusiya pasportu daşıyan, amma öz soy-köklərinə, ölkələrinə bağlı olan insanların hesabına yüksəkdir.

Postsovet məkanında ictimai-siyasi prosesləri öyrənmə İnformasiya-analitik Mərkəzinin baş direktorunun müavini İsmayıl Ağakişiyev hesab edir ki, ÜİRÖM-in keçirdiyi sorğuda Azərbaycanın reytinqinin yüksək olması onun "Cənubi Qafqazda şəksiz lider olması" ilə əlaqədardır. “Digər iki Cənubi Qafqaz Respublikasının ÜDM göstəriciləri ümumilikdə Azərbaycanın göstəriciləri qədər deyil" – deyə Ağakişiyev bildirib.

Ekspert bunu həm də rusdilli diaspor nümayəndələrinin Azərbaycanda komfort şəraitdə yaşaması ilə əlaqələndirib. "Azərbaycanda 150 min rus milliyyətindən olan vətəndaş yaşayır. Məktəblərdə və universitetlərdə rus dili tədris olunur. Bu, o deməkdir ki, rus dili bu gün bütün təhsil müəssisələrində işlədilir və Rusiya təmsilçiləri özlərini Azərbaycanda komfortda hiss edə bilərlər. Gələcəkdə də belə hiss edəcəklər, çünki bugünkü birinci sinif şagirdləri böyüyəcək və rus dilini biləcək" — deyə Ağakişiyev əlavə edib.

O, həmçinin qeyd edib ki, bu gün ruslar Qazaxıstana işləməyə daha çox gedirlər, nəinki Belarusa. Ruslar arasında Qazaxıstanın avtoriteti həm də ona görə yüksəkdir ki, Nursultan Nazarbayevin yeritdiyi kurs sayəsində orada çoxsaylı xalqlar yaşayır və milli siyasət olduqca uğurla yürüdülür.

Prezident İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

"Bu, uğurlu və düzgün siyasətdir. Biz bu gün Ukraynada baş verənlərə, bir-birinə son dərəcə yaxın olan iki xalqın münasibətlərinə baxanda görürük ki, müqayisədə Qazaxıstanda qazaxlarla rusların, eləcə də digər çoxdilli və mədəniyyətli toplumların uğurla idarə olunması üçün müdrik lider necə davranmalıdır. Xalqlar arasında münasibətlər necə qurulur, ailə mühiti necə yaranır, müxtəlif millətlərdən olan insanlar necə sülh və əmin-amanlıq içində yaşayırlar. Buna Qazaxıstanda, eləcə də Azərbaycanda nail olunub" – deyə Ağakişiyev bildirib.

793
Teqlər:
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi, Aleksandr Lukaşenko, reytinq, prezidentlər, Serj Sarkisyan, Nursultan Nazarbayev, İlham Əliyev
Əlaqədar
İlham Əliyev “Bakutel-2017” sərgisində — Foto
İlham Əliyev iki naziri vəzifədən azad etdi
İlham Əliyev gözlənilən qərarı verdi
İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
İlham Əliyev və Mehriban Əliyeva tanınmış azərbaycanlını təbrik etdilər
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya XİN: döyüşlər dərhal dayandırılmalıdır

120
(Yenilənib 14:25 21.10.2020)
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib ki, döyüşlər dərhal dayandırılmalı və dinc əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır.

BAKI, 21 oktyabr — Sputnik. Rusya Azərbaycan və Ermənistan rəhbərlərinin barışıq niyyətini alqışlayır. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən verdiyi xəbər görə, bu fikri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko səsləndirib.

"Biz hər iki tərəfin fikrini eşitdik (Azərbaycan və Ermənistan nazirlərinin Rusiya Federasiyasına səfər etməyə hazır olduqları barədə). Onların sülhə nail olmaq arzusunu alqışlayırıq", – deyə Rudenko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, döyüşlər dərhal dayandırılmalı və dinc əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır.

Bir qədər bundan əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Rusiyaya səfər etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

https://ria.ru/20201021/vizit-1580795863.html

120
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

67
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

67
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

0
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

0