Первый вице-президент Азербайджана Мехрибан Алиева

Mehriban Əliyevaya daha bir köməkçi təyin edildi

1088
(Yenilənib 16:17 14.11.2017)
Birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb

BAKI, 14 noyabr — Sputnik. Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.

Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb.

Hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov

Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov

Qeyd edək ki, Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.

1088
Teqlər:
I vitse-prezidentin Katibliyi, Gündüz Kərimov, köməkçi, Birinci vitse-prezident, Mehriban Əliyeva
Əlaqədar
Mehriban Əliyevadan oğluna jest - FOTO
Mehriban Əliyevadan məcburi köçkünlərlə bağlı mühüm addım
Baş prokurordan Mehriban Əliyevanın təyinatına münasibət
Mehriban Əliyeva: "Səmimi təbriklərinizdən çox təsirlənmişəm"
Bu gün Mehriban Əliyevanın doğum günüdür