Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Əli Həsənov: “Bəzi türk deputatlar bizi incitdi”

77
(Yenilənib 20:48 08.11.2017)
Prezidentin köməkçisi: “Bu kimi halların olmamasını istərdik”

BAKI, 8 noyabr — Sputnik. "Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi".

Sputnik Azərbaycan APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin  bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Ə. Həsənov Türkiyənin bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbuluna səs vermələrinin də narahatlıq yaratdığını deyib: "Avropa Şurası Parlament Assambleyasında bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi də bizi incitdi. Bu kimi halların olmamasını istərdik".

77
Teqlər:
qanunsuz səfər, Çukurova Bələdiyyələr Birliyi, Türkiyə, Dağlıq Qarabağ, Avropa Şurası Parlament Assambleyası, Əli Həsənov
Əlaqədar
Əli Həsənov: "Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir"
Əli Həsənov: "Türkiyə mətbuatında anti-Azərbaycan yazıların yer alması..."
Əli Həsənov: "Son on ildə hücum diplomatiyası həyata keçirilib"
Əli Həsənov üçün əlamətdar gün
Əli Həsənovun əsərlərindən ibarət disklər Mərkəzi Elmi Kitabxanaya təqdim edilib