Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin

Bu gün Azərbaycan, Rusiya İran prezidentləri görüşəcəklər

8
(Yenilənib 10:26 01.11.2017)
Azərbaycan, Rusiya və İran prezidentləri bu gün Tehranda görüşəcəklər

BAKI, 1 noyabr — Sputnik. Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, görüş çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, energetika sahəsində əməkdaşlıq Rusiya-Azərbaycan və Rusiya-İran, eləcə də üçtərəfli formatda keçiriləcək görüşlərdə müzakirə mövzularından biri olacaq.

Qeyd edək ki, ötən il də avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilmişdi.

8
Teqlər:
Tehran, İran, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycan Rusiya, İran və Qazaxıstanı qabaqladı
Azərbaycan-Rusiya-İran üçbucağı nəhəng perspektivlər vəd edir
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin yekun bəyannaməsi imzalanıb
Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü başa çatıb
Ermənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"

1927
(Yenilənib 16:42 14.08.2020)
"Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişində qonaq olub. Sputnik Azərbaycan xəbər verir ki, erməni nazir verilişin aparıcısı Stiven Sakurun suallarına cavab verməyə çətinlik çəkib.

Ermənistan Baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən verilişin aparıcısı Stiven Sakur Paşinyana irad bildirərək qeyd edib: "Niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Stepanakertə (Xankəndi – red.) gedərək çıxışınızda "Artsax (Oranı siz belə adlandırsınız) Ermənistandır. Nöqtə", daha sonra isə "birləşmə"yə dair millətçi şüarlar səsləndirdiniz. Bu Azərbaycana qarşı açıq təxribat idi".

Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan "Artsax" adının bir neçə min il yaşı olması barədə sayıqlamağa çalışıb. Bu dəfə də Ermənistanın Baş nazirinin sözünü kəsən aparıcı Stiven Sakur: "Biz sizin tarixinizin minilliklərinə nəzər yetirə bilmərik, amma biz bu günümüzün reallığına nəzər yetirə bilərik deyib".

"Sizin də yaxşı bildiyiniz kimi, BMT Baş Assambleyası qətnamə qəbul edib və bu qətnamə bütün Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan Respublikasının işğal altında olan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz", - Stiven Sakur söyləyib.

Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.

"Hardtalk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülh nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb: "Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmını?"

Bu suala cavab tapmayan Paşinyan sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.

Verilişin aparıcısı Paşinyana "münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada, açığını desək, əhəmiyyətli sülh elementinin olmadığını bildirib: "Siz öz sələfləriniz kimi görünürsünüz, siz fərqli görünmürsünüz. Erməni xalqı üçün xüsusi əhəmiyyətə malik bu məsələdə masaya başqa bir şey qoymağınızın sübutu hanı?"

Ermənistan Baş naziri isə bu suala cavabında ölkəsinin guya millətçilik mövqeyindən çıxış etmədiyini qeyd edib.

Stiven Sakur Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub: "Siz insan haqlarının da qeydinə qalırsınız. Mənə maraqlıdır, Azərbaycana müraciət edib və öz sələflərinizdən fərqli olduğunuzu göstərə bilərsiniz? İndi siz ötən əsrin 80-ci illərin sonlarında, 90-cı illərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın daxilində insan haqlarının pozulması ilə bağlı bir sıra ciddi hərbi cinayətlər törətdiyini deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətlərin kataloqunu formalaşdırıb. Siz indi onları tanımağa və daha artığı - buna görə üzr istəməyə hazırınızmı?"

Paşinyan bu suala cavab verməkdən yayınıb.

"Hardtalk" verilinin aparıcısı yenidən Paşinyandan soruşub: "Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Bundan sonra Paşinyan yenə sualdan yayınmağa çalışanda aparıcı onun sözünü kəsərək qeyd edib: "Aydındır ki, siz "üzr istəyirəm" deməyəcəksiniz".

Daha sonra isə BBC-nin aparıcısı qeyd edib: "Mənə sadəcə maraqlıdır. Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu sizin hökumətiniz üçün fiasko idi".

1927
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Ermənistanda gözlənilməz istefalar
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
BMTM sədri: "Nikol Paşinyanın fikirləri bir-birinə ziddiyyət təşkil edir"
Paşinyan: "Bakı ilə danışıqların alternativi yoxdur"
Politoloq İlqar Vəlizadə

Politoloq: “Nazirlərin Türkiyə səfəri yeni prioritetlərin müəyyənləşməsinə imkan yaradıb”

5
(Yenilənib 10:15 14.08.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır
İlqar Vəlizadə: “Regionumuzda gərgin vəziyyət davam etməkdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan – Türkiyə münasibətləri bu günlərdə çox sürətlə inkişaf edir:

“İki ölkənin münasibətlərində tarixi yaxınlıq var. Eyni zamanda bizim mövqelərimiz bütün siyasi məsələlərdə üst-üstə düşür. Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyəyə budəfəki səfəri yeni istiqamətlərin və prioritetlərin müəyyənləşməsinə imkan yaradıb. Hazırda regionumuzda gərgin vəziyyət davam etməkdədir. Bu əməkdaşlıq şəraiti baş verənlərə reaksiyaları və addımları tənzimləməyə imkan yaradır”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Rusiya hökumətinin rəhbəri Mixail Mişustin, arxiv şəkli

"Mişustin yaxşıdır, ətrafı pisdir"

2
Rusiya vətəndaşları Prezident Vladimir Putinə etimad göstərsələr də, əksəriyyəti hökumətin işini mənfi qiymətləndirir

BAKI, 14 avqust — Sputnik. Rusiyalıların 55%-i Rusiya Prezidenti Vladimir Putinə etimad göstərir. Bu, "İctimai rəy" Fondunun (FOM) keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğunun nəticələrinə görə, vətəndaşların 55%-i dövlət başçısına etibar edir. Rəyi soruşulanların 34%-i Putinə etimad göstərməyib, 11%-i cavab verməkdə çətinlik çəkib. Bununla yanaşı, respondentlərin 58%-i hesab edir ki, Putin öz postunda yaxşı işləyir, 27%-i bunun əksini düşünür. Sorğu iştirakçılarının 15%-i Putinin necə işlədiyi barədə suala cavab verməkdə tərəddüd edir.

Rəyi soruşulanların 37%-i hökumətin işini daha yaxşı, 46%-i daha pis qiymətləndirib, 17% isə cavab verməkdə çətinlik çəkib. RF Baş naziri Mixail Mişustinin fəaliyyətini respondentlərin 44%-i yaxşı, 19%-i pis qiymətləndirir, 37%-i isə cavab verməkdə tərəddüd edib.

"Əgər qarşıdakı bazar günü Rusiya Dövlət Dumasına seçkilər keçirilsəydi, kimə səs verərdiz?" sualına rusiyalıların 30%-i "Vahid Rusiya Partiyasına" cavabını veriblər. Rəyi soruşulanların 11%-i Kommunist Partiyasını, 11%- i RLDP-nı, 5%-i "Ədalətli Rusiya"nı seçəcəyini deyib. Respondentlərin 14% -i başqa partiyaların adını çəkib, 9%-i isə deyib ki, ümumiyyətlə seçkiyə getməzdi.

Ümumrusiya telefon sorğusu 7-9 avqust tarixlərində, yaşı 18-dən yuxarı olan 4 min respondent arasında keçirilib. Statistik nisbi xəta 1,9%-dən çox deyil.

2