Milli Məclis

"Burada danışdıqlarımızı Yaqlanda göndərməliyik"

20
(Yenilənib 16:27 20.10.2017)
Səməd Seyidov Milli Məclisə təklif verdi

BAKI, 20 oktyabr — Sputnik. "Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda göndərməliyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu təkliflə parlamentin plenar iclasında, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. Milli Məclisin sədri və həmkarlarına dəstəyə görə təşəkkürünü bildirən S. Seyidov deyib ki, burada səslənən hər bir fikir və ümumilikdə Azərbaycanın mövqeyi bir daha Avropa Şurasına bildirilməlidir.

Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məktubu AŞ-nin baş katibinə göndərməyin xeyri yoxdur: "Lakin digər qurumlara göndərmək olar".

20
Teqlər:
Torbyorn Yaqland, plenar iclas, Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyası, Milli Məclis
Əlaqədar
Azərbaycan AŞPA ilə bağlı radikal qərar verə bilər
AŞPA-da baş verənlərin səbəbi açıqlanıb
"AŞPA-nın Azərbaycana qarşı qətnəmalərinin 3 səbəbi var"
Əhmədoğlu: “Müəyyən qüvvələr Azərbaycanın AŞPA-dan çıxmasına çalışır”
Azərbaycan Prezidentinin köməkçisi: "AŞPA nəyə lazımdır?"
AŞPA həmməruzəçilərinin Azərbaycana növbəti səfərinin tarixi məlum olub