Səməd Seyidov

Səməd Seyidov alt qatda baş verənləri dilə gətirdi: "Təzyiqlər çox güclüdür"

344
(Yenilənib 13:59 20.10.2017)
"Hiss etsək ki, deputatlardan başqa digər qurumlar da bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq"

BAKI, 20 oktyabr — Sputnik. "Avropa Şurası Parlament Assambleyasının sessiyası Azərbaycan nümayəndə heyətinin fəal və ölkəmizin maraqlarının yüksək təmsil etməsilə müşahidə olunub. Bu sessiya başqalarından fərqli olaraq asan keçməyib. Fərq yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Sessiyanın bir neçə günü Azərbaycana həsr edilmişdi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, Azərbaycanla bağlı məsələlərin nəyə görə gündəliyə salınması aydındır.

"Bu gün Avropa Şurasının özündə gedən proseslər göstərir ki, hansısa ölkəni hədəf tapıb öz problemlərini həll etmək istəyirlər. Bizdən başqa Avropa Şurasında monitorinq altında olan 10-dan çox ölkə var. Bu ölkələrin problemləri kənara qoyulub və məhz Azərbaycan hədəf seçilib. Təəssüflər olsun ki, Azərbaycana qarşı qəbul olunan qətnamənin müzakirəsi zamanı iclaslara gəlməyən şəxslər belə, bu dəfə toplantıya qatılmışdı. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər" — S. Seyidov bildirib.

Deputat qeyd edib ki, Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək Azərbaycana qarşı təzyiq etməyə çalışır: "Sağlam qüvvələr də bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan da bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Ukraynalı deputatlar bizim əleyhimizə səs veriblər. Bu, o deməkdir ki, onlar həm də Ukraynanın əleyhinə səs vermiş olublar. Hakim partiyanın deputatlarından başqa, digər partiyaların nümayəndələri Azərbaycan əleyhinə səs veriblər. Demək istəyirəm ki, Ukrayna-Azərbaycan münasibətləri normaldır".

Nümayəndə heyətinin rəhbəri bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səsvermələrinə də münasibət bildirib: "Münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar da bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır".

344
Teqlər:
nümayəndə heyəti, sessiya, Səməd Seyidov, AŞPA, Avropa Şurası Parlament Assambleyası, Milli Məclis, deputat, Azərbaycan, qətnamə
Əlaqədar
"AŞPA-nın Azərbaycana qarşı qətnəmalərinin 3 səbəbi var"
Əhmədoğlu: “Müəyyən qüvvələr Azərbaycanın AŞPA-dan çıxmasına çalışır”
Azərbaycan Prezidentinin köməkçisi: "AŞPA nəyə lazımdır?"
AŞPA həmməruzəçilərinin Azərbaycana növbəti səfərinin tarixi məlum olub
Əli Həsənov: "Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir"
"Azərbaycansız AŞPA özü də yaşaya bilməz"
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Politico: "Bayden Putin Bakıda görüşə bilər, ancaq…"

246
(Yenilənib 22:59 06.05.2021)
Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

BAKI, 6 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co Bayden və Vladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

246
Ramil Usubov, arxiv şəkli

Keçmiş nazir 10 noyabr bəyanatından danışdı: "Narahatlığa əsas yoxdur"

13
"Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır".

BAKI, 6 may — Sputnik. "Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatlığa əsas yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində 10 noyabr Bəyanatının müddəalarının icrasına münasibət bildirərkən deyib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Bəyanatın imzalanmasından artıq 6 ay ötür: "Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir. Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır. Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur. Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur".

"10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur", - Ramil Usubov bildirib.

13
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

0
"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

BAKI, 6 may — Sputnik. ABŞ-ın "Moderna" şirkəti və Milli səhiyyə institutunun birgə məhsulu olan preparat Ümumdünya Peyvənd Konqresində (World Vaccine Congress Washington 2021) COVID-19 əleyhinə ən yaxşı peyvənd hesab olunub.

ABŞ və bir sıra digər ölkələrdə təcili hallarda tətbiqinə icazə verilmiş preparat reytinqdə "AstraZeneca", "Bharat Biotech", "Janssen", "Medicago", "Novavax", "Pfizer/BioNtech", "Sputnik V" və heyvanlar üçün "Zoetis" preparatını ötüb.

"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

Qalibin hansı meyarlar əsasında seçildiyi dəqiqləşdirilmir.

0