Komrat şəhəri

Keçmiş rəhbər: "Biz qan tökmədik, amma təəssüf ki, ölkəmizdə qan axıdıldı"

347
(Yenilənib 12:08 12.10.2017)
Mixail Formuzal: "Azərbaycanla qardaşlıq əlaqələrimiz və ötən yüzilliklərdən gələn ümumi tariximiz var"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. Bu gün müsahibəsini təqdim etdiyimiz şəxsin adı geniş ictimaiyyət tərəfindən o qədər də tanınmır. Amma siyasət aləmində kifayət qədər məşhurdur. Söhbət Qaqauziya Muxtar Ərazi Bölümünün keçmiş rəhbəri Mixail Formuzaldan gedir.

Qaqauziya Muxtar Ərazi Bölümünün keçmiş başqanı Mixail Formuzal
Qaqauziya Muxtar Ərazi Bölümünün keçmiş başqanı Mixail Formuzal

Haşiyə: Qaqauziya — Moldova Respublikası tərkibində muxtar ərazi. Sahəsi 1831 km²-dir. Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd ediliblər. Bəzi müəlliflərə görə, qədim Kutriqurların davamçılarıdır. Necə yarandıqları haqqında 19 fərqli iddia var. XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslavlığı qəbul ediblər, daha sonra Osmanlı imperiyasının hakimiyyəti altında qalıblar. Tadeuş Yan Kovalskinin fikrincə, qaqauzlar Səlcuq sultanı II Keykavusla birlikdə Dobruca bölgəsinə gəlib, zamanla xristianlığı qəbul ediblər. Bu ideyaya görə, "Qaqauz" adı elə Keykavusdan gəlir. Başqa bir iddiaya görə, qaqauzlar özlərini əsl bulqar və ya slavyan olmayan bulqar kimi görürmüşlər və buna görə də onlar qədim türk tayfası olan bulqarlardır.

Əsasən 1812-ci ildə Bolqarıstandan Moldovaya köçürülüblər. 1906-cı ildə Andrey Qalaçanın başçılıq etdiyi kəndli üsyanı başlayıb və Bender uyezdində cəmi 5 gün həyat sürmüş Komrat Respublikası elan edilib. 1917-ci ilədək Rusiya imperiyası tərkibində yaşayıblar. Bu tarixdən sonra Rumıniya (1918-1944) və Moldova SSR (1944-1991) tərkibində olublar. 1994-cü ilədək Moldova hökuməti Qaqauziyaya muxtariyyət verməyib. Ancaq 23 dekabr 1994-cü ildə Qaqauziya Muxtar Ərazi Bölümü yaradılıb.

Mixal Formuzal 2006-cı il dekabrın 19-da ilk dəfə Qaqauziyanın rəhbəri seçilib. Seçkilərdən sonra Moldova rəhbərliyi ilə konstruktiv işləmək niyyətində olduğunu bildirib. Heç bir zaman sələflərini tənqid etməyəcəyinə söz versə də, onların mandatı dövründə başlanmış bütün layihələri dayandıracağını da gizlətməyib. Həmin il dekabrın 29-da Mixail Formuzalın andiçmə mərasimi keçirilib. 2007-ci il yanvarın 16-da Moldova prezidenti Vladimir Voronin tərəfindən onun rəhbərliyi təsdiqlənib. Formuzal 2010-cu il seçkilərində ikinci dəfə başqan seçilib.

Sputnik Azərbaycan Qaqauziya Muxtar Ərazi Bölümünün keçmiş başqanı Mixail Formuzal ilə müsahibəni təqdim edir.

— Bu gün Azərbaycan və Qaqauziya Muxtar Ərazi Bölümü arasında əlaqələr nə yerdədir?

— Bizim əlaqələrimizin səmimi münasibətlər üzərində qurulan tarixi var. Əlaqələrimizin əsası hələ Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin dövründə qoyulub. Bizim uşaqlarımızın Azərbaycanda təhsil almağa başladığı həmin dövrdə dövlət onlara dəstək göstərdi. Sonrakı dövrlərdə bizim əlaqələrimiz daha da genişləndi. Bu gün Azərbaycan və Qaqauziya arasında iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq var. Bundan əlavə, Azərbaycan rəhbərliyinin Qaqauziyada həyata keçirdiyi sosial əhəmiyyətli layihələri də qeyd etmək lazımdır.

 Siz ara-sıra Azərbaycana gəlirsiniz. Bu səfərlər birgə layihələrlə bağlıdır?

Kişinyovda hökumət əleyhinə mitinqlər - Moldova
© Sputnik / Геннадий Вакуловски

— Təəssüf ki, son iki il ərzində Azərbaycana səfər etməmişəm. Birgə layihələrə gəldikdə, şərabçılarımız arasında əməkdaşlıq ideyasını irəli sürmüşük. Azərbaycan rəhbərliyi iqtisadiyyatın bu sahəsinə böyük diqqət ayırır, geniş miqyaslı layihələr həyata keçirir, maliyyə vəsaiti ayırır. Bizdə isə geniş təcrübə və müvafiq texnologiyalar var. Əminəm ki, birgə əməkdaşlığın qarşılıqlı faydası olacaq. Qeyd edək ki, Azərbaycan Elmlər Akademiyası bizim alimlərimizə və onlarla əməkdaşlığa ciddi diqqət göstərir. Biz artıq formalaşan regional əməkdaşlığın inkişafı ideyasını irəli sürmüşük. Ortaq əməkdaşlığımızın digər komponentləri də var.

 Qaqauziya əcnəbi investorlar üçün nə ilə cəlbedici ola bilər?

— Qaqauziyaya investisiya qoymaq qanunla təşviq edilir. Məsələn, investorlar beş illik güzəşt müddəti əldə edirlər. Bundan əlavə, investorlar investisiya qoyduqları, yeni iş yerləri açdıqları zaman bütün vergilərin ödənilməsindən tam azad olunurlar. Cəlbedicilik, investisiya təhlükəsizliyinin təminatıdır. İnvestorla müvafiq müqavilə bağlanılır, sonra o Qaqauziya İcraiyyə Komitəsinin iclasında qəbul edilir və son mərhələdə Qaqauziya Xalq Məclisində təsdiqlənir. Bu, Qaqauziyanın icra və qanunvericilik hakimiyyətlərinin rəsmən birləşməsidir. Əməkdaşlığın perspektivli sahələrinə gəldikdə isə bu, geniş miqyas daşıyır və Qaqauziya milli iqtisadi kompleksinin bütün spektrini əhatə edir. Bölgənin iqtisadiyyatı, əsasən kənd təsərrüfatı sektoru ilə bağlıdır. Lakin iqtisadiyyatın, investisiyalar üçün cəlbedici olan digər sahələri, məsələn, əczaçılıq, mühəndislik və digər sektorları var.

 İnvestisiya mövzusunu davam etdirək. Qaqauz sahibkarların Azərbaycanda həyata keçirmək istədiyi layihələr varmı?

— Bizim biznes nümayəndələri üzümçülük sənayesinin inkişafında azərbaycanlı iş adamları ilə birgə əməkdaşlıqda maraqlıdırlar. Xüsusən də, yüksək keyfiyyətli şərab məhsullarının yeni bazarlara çıxarılması üçün birgə biznesin təşkili ilə maraqlanırlar. Yaxın gələcəkdə Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşu imkanları da yaranacaq. Çünki iqtisadiyyatımızın sabitliyi güclənir.

 Vaxtilə Moldovada Qaquziya problemi yaşanırdı. Bu barədə nə deyə bilərsiniz?

— SSRİ-nin dağılması postsovet məkanında bir çox problem yaratdı. Moldovada iki münaqişə var idi: Qaqauziya və Dnestryanı bölgə problemi. Biz qaqauzlar problemi sülh yolu ilə həll etməyə nail olduq. Bu gün deyə bilərik ki, bu postsovet məkanında çətin münaqişənin uğurla həll edilməsinin yeganə nümunəsidir. Hesab edirəm ki, bu model analoji münaqişələrin mövcud olduğu ölkələr üçün nümunə ola bilər. Bütün çətinliklərə və fikir ayrılıqlarına rəğmən, biz Moldovada sülh və əmin-amanlıq içində yaşayırıq. Biz sülh və millətlərarası razılığa töhfə vermək istədiyimiz üçün uzun illər ərzində Qaqauziya muxtariyyət modelini formalaşdırmışıq. Qaqauziyaya muxtariyyət statusu verilməsi ilə dövlətin ərazi bütövlüyünü qoruyan uğurlu birləşmə beynəlxalq ictimaiyyətin diqqətini qazandı.

Amma düşünürəm ki, bizim təcrübəmiz kifayət qədər öyrənilməyib. Əslində, moldovalılar qaqauzlara Moldova daxilində öz dövlətçiliyini yaratmaq şansı verdilər. Öz növbəsində Qaqauziya əhalisi də Moldovada dövlətçiliyin və bütövlüyün qorunmasını aktiv şəkildə dəstəklədi. Dnestryanı bölgə ilə bu birləşmənin hansı formada gedəcəyi uzun danışıqlar və qarşılıqlı güzəşt məsələsidir. Təəssüflər olsun ki, Qaqauziyadan fərqli olaraq Dnestryanı bölgədə qan axıdıldı, danışıqlar uzun müddət davam etsə də, ortada heç bir nəticə yoxdur. Bu, bizim ölkəmizin də ümumi iqtisadi vəziyyətinə təsir göstərir.

 Qaqauziyadakı azərbaycanlılar haqqında nə deyə bilrəsiniz. Orada Azərbaycan diasporu formalaşıbmı?

— Moldova çox da böyük olmayan dövlətdir və onun ərazisində yaxşı təşkil edilmiş Azərbaycan diasporu fəaliyyət göstərir. Biz yaxşı əməkdaşlıq edirik, tez-tez görüşürük, təcrübə mübadilələri edirik, mədəni layihələr həyata keçiririk. Azərbaycan diasporunun Moldova Respublikası və Qaqauziya rəhbərliyi ilə yaxşı əlaqələri olduğunu deyə bilərəm. Qaqauziya Azərbaycan diasporunun dəstəyi ilə dəfələrlə Azərbaycandan olan yaradıcı kollektivləri mədəniyyət evlərində qəbul edib. Görüşlər zamanı olan səmimi ab-hava bizim uzun illərə söykənən qardaşlıq əlaqələrimizdən və ötən yüzilliklərdən gələn ümumi tariximizdən xəbər verir. Bizim xalqımız qardaş Azərbaycan xalqına minnətdardır. Çoxillik dostluğun və dəstəyin əlaməti olaraq Qaqauziyada Şöhrət Xiyabanında Azərbaycanın görkəmli nümayəndəsi Heydər Əliyevin büstü qoyulub.

347
Teqlər:
Mixail Formuzal, qaqauz, Qaqauziya Muxtar Ərazi Bölümü, SSRİ, münaqişə, Moldova, sülh, Azərbaycan
Əlaqədar
Moldovalı politoloq "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
Moldovanın nümayəndə heyəti Qəbələyə səfər edib
Azərbaycanlı rejissora Moldovadan dəvət gəlib
Moldova hara, Əfqanıstan hara
Həkim, arxiv şəkli

İrandan 22 həkim könüllü olaraq döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edib

3
(Yenilənib 18:26 21.10.2020)
Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. İranda müxtəlif sahələrdə çalışan 22 həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səlahiyyətli səfirinə müraciət ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

© Embassy of Iran in Baku
Döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edən iranlı həkimlər

Müraciətdə qeyd edilib: "Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik".

3
Teqlər:
müraciət, kömək, İran, iranlı, Həkimlər, ölənlər və yaralılar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Mehriban Əliyeva Gəncənin vurulması haqda: "İnsanlığa qarşı cinayətdir"
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Ermənistan Ağdamın kəndlərinə mərmi yağdırdı, iki mülki şəxs xəsarət aldı
Atılan mərmilər daha bir Tərtər sakinini yaralayıb - video

Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik

28
(Yenilənib 18:14 21.10.2020)
Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır.  Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur. 

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.    

Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır.  

Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

Prezident İlham Əliyev tərəfindən beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan etmişdir.    

Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir.  

Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. 

28
Teqlər:
Nikol Paşinyan, diplomatiya, Hikmət Hacıyev, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər
Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə