SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Almanlar nəfəsini tutdu, cəmi 6 gün qaldı

© REUTERS / Axel SchmidtAngela Merkel tərəfdarları qarşısında çıxış edir, 16 sentyabr 2017-ci il
Angela Merkel tərəfdarları qarşısında çıxış edir, 16 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya kansleri səsvermə haqqı olmayan 18 yaş altı uşaqlarla görüş keçirib

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 24-də Almaniyada keçiriləcək parlament seçkilərinə bir həftədən də az müddət qalıb.  Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, hazırkı kansler Angela Merkelin Xristian Demokrat Birlik partiyasının seçilmə şansı daha böyükdür.

Bu zaman kəsimində xanım Merkelə dəstək verənlərin böyük əksəriyyətini yeniyetmə və gənclər təşkil edir.

Almaniya kansleri səsvermə haqqı olmayan 18 yaş altı uşaqlarla görüş keçirib. Merkelin paytaxt Berlindəki seçki ofisində keçirilən görüşdə uşaqlar ona maraqlı suallar ünvanlayıb.

Uşaqlar Merkelə "kansler olmasaydınız hansı peşəni seçərdiniz?" sualı verib. O isə cavabında "astronavt olmaq istərdim. Dünyada olub-bitənləri yuxarıdan görmək istəyərdim" deyə cavab verib.

Xəbər lenti
0