Müxalifətin aksiyası

Azərbaycan siyasətinin imitasiyaçıları

366
Texnoloqsuz, analitiksiz idarə olunan siyasi qurumların problemlərə konseptual yanaşması gözə dəymir

BAKI, 22 avqust — Sputnik. Azərbaycan mətbuatını Ukrayna böhranı, ABŞ — Şimali Koreya qarşıdurması, Suriyadakı savaş daha çox maraqlandırır. Daxili siyasət barədə yazılanlar, yalnız o halda oxunaqlı olur ki, orada kiçik intriqalar olsun. Hətta Qarabağ münaqişəsi barədə yazılanlar orta statistik oxucunu maraqlandırmır.

Ölkə gündəmində boşluğun olması təəssüfedici reallıqdır. Ölkənin siyasi gündəmində bir durğunluq mövcuddur. Təkcə mətbuata ötəri baxmaq kifayətdir ki, artıq mətbuatın mövzusunun xaricdə baş verən hadisələr olduğunu görəsən. Bu, ölkədə hadisə qıtlığı ilə bağlıdır. Səbəb çox sadədir: cəmiyyət ciddi travma alıb və bu, bir ictimai məyusluq yaradıb. Bu da, istər-istəməz insanların siyasi fəallığına, davranışına təsir göstərir.

Digər bir səbəb onunla bağlıdır ki, ictimai rəy daha çox xaricdən asılı olub. Qərbdən hər hansı impuls olmadan cəmiyyətimizdə siyasi fəallıq dinamikası yüksəlməyib. Ona görə indiki halda dünyanın diqqəti əsasən Rusiya ilə Qərb arasında gedən proseslərə yönəldiyindən, Azərbaycan bir qədər proseslərdən kənarda qalıb.

Araşdırmaçılar əmindirlər ki, durğunluğun səbəbini müxalifətin özündə və etdiyi, təkrarladığı səhvlərdə axtarmaq lazımdır. Bu, onunla bağlıdır ki, Azərbaycan siyasətçiləri proses yaratmaq gücündə deyillər, əksinə, prosesin ardınca sürünmək yolunu seçiblər. Azərbaycan müxalifəti və siyasətçiləri gözləyirlər ki, Ukrayna, Krım hadisələrinin sonu necə qurtaracaq, qonşu ölkədəki seçkilərin Azərbaycana hansı təsiri olacaq və bunun fonunda yaradılan siyasi proseslərə qoşulacaqlar. Onların özünün proses yaratmaq gücü və intellektual səviyyələri yetərincə deyil.

Belə vəziyyətdə gündəmi müxalifət yaratmalı idi. Lakin müxalifət düşərgəsində cərəyan edən proseslər, qarşıdurma və istefalar iqtidara gedən yolu daha da uzaqlaşdırır. Müxalifət düşərgəsinin gündəmini daxili çəkişmələr və qarşılıqlı ittihamlar tutur. Görünən budur ki, müxalifətin ölkədəki acınacaqlı vəziyyəti dəyişməklə bağlı konkret planı belə mövcud deyil.

Prosesləri dəyişmək gücündə olan xalq isə ümumiyyətlə siyasi proseslərdən uzaqlaşıb. Müxalifət ona yuxarıdan təqdim olunan məsələləri müzakirə etmək zorundadır. Və ictimai rəyin, gündəmin sadəcə iqtidardan asılı vəziyyətdə qalması ilə barışıb.

Gündəmlə bağlı müxalifətin "ev tapşırığı" mövcud deyil. İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladıqda, hakimiyyətin planları işə düşəcək. Bunun isə müzakirəyə çıxarılmaması mümkün deyil, ən azından ona görə ki, əhalinin maraq göstərdiyi məsələ istənilən halda KİV-in əsas mövzusu olacaq.

Burada bir məsələni xüsusilə vurğulamaq lazım gəlir: gündəmi mətbuat yaratmır, mətbuat dəyişmir. KİV ictimai rəyə təqdim olunan məsələləri, sadəcə olaraq, işıqlandırır. Əgər müxalifət ölkə gündəminə yeni məsələlər daxil edə biləcəksə, mətbuat həmin məsələni diqqətdə saxlayacaq.

Gündəm yaratmaq, yeni və önəmli proseslərə təkan vermək ölkə siyasətçilərinin potensialı daxilində deyil. Müxalifət düşərgəsi çox zaman özü də bilmədən iqtidarın diktəsi ilə fəaliyyət göstərir. İctimai rəyi və gündəmi iqtidardan asılı vəziyyətdə saxlamaq isə müxalifəti az qala iflic vəziyyətində saxlayır.

Müxalifət yalnız müdafiədə oynamağa üstünlük verir. İqtidar isə malik olduğu resurslardan bəhrələnərək, istənilən an hücuma keçməyi bacarır. İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladıqda, iqtidar müxalifət üzərinə hücum təşkil edir, opponentlərini bir-birinə çirkab yağdırmağa vadar edə bilir. Bir sözlə, gündəmi iqtidar müəyyən edir, hansı məsələlərin müzakirəyə çıxarılmasını ictimai rəyə özü təlqin edir. Müxalifət isə yalnız və yalnız ona təqdim olunan gündəmi dəyərləndirməklə mövqelərini qorumağa cəhd göstərir.

İqtidar müxalifətdəki rəqiblərinə qarşı nisbətən yeni, lakin sınaqdan çıxarılmış metodlardan istifadə edir. Eyni siyasi qüvvələri uzun müddət basqıya məruz qoymaqla, onlara əlavə dividend qazandırmaq istəməyən hakimiyyət, artıq onları unutdurmağa və yaxud, yalnız bir-birləri ilə didişən qruplar kimi təqdim etməyə çalışır. İqtidar müxalifəti belə bir simada ictimai rəyə təqdim etməyə nail olur.

Müxalifət isə təşəbbüsü ələ almaq əvəzinə, nəyisə və yaxud kimisə gözləyir. Belə kurs artıq 20 ildir davam edir. Ən acınacaqlısı odur ki, mübarizənin strategiyası müəyyən edilməyib. Hətta taktiki addımlar da bilinmir. Bir-birini söyməkdə, təhqir etməkdə, gözdən salmaqda usta olan müxalifətçilər, iqtidarın ideoloji bazasına ağır zərbələr endirməkdə acizlik nümayiş etdirirlər.

Texnoloqsuz, analitiksiz idarə olunan siyasi qurumların problemlərə konseptual yanaşması gözə dəymir. İqtidar opponentləri nə proporsional seçki sisteminin bərpası, nə də siyasi islahatlar zərfinin ictimai müzakirəyə təqdim olunmasına nail ola bilirlər. Bir-biriləri ilə savaşaraq, siyasi fəaliyyətin imitasiyası ilə məşğul olurlar…

366
Teqlər:
KİV, hakimiyyət, mətbuat, iqtidar, müxalifət, Azərbaycan, siyasət, mübarizə, cəmiyyət
Əlaqədar
Müxalifət lideri xalqı küçələrə çağırdı
Müxalifətçinin qətlində şübhəli bilinənlərə hökm oxundu
Müxalifət liderinə cəza verildi
Müxalifətdən sərt açıqlama: Referendum təkrar keçirilsin, yoxsa....
"Müxalifət mitinqlərdə azyaşlılardan istifadə edir"
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Hulusi Akar: "Sonuna qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq"

63
Çox qısa bir müddətdə yoldaşlarımız orada xidmət aparacaqlar. Türk və rus generalı birlikdə işləyəcək. Orada Türkiyə və Rusiya zabitləri atəşkəsə nəzarət edəcək, onun davamlı olması üçün birlikdə fəaliyyət göstərəcəklər.

BAKI, 2 dekabr — Sputnik. Hazırda Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin tikintisi aparılır.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"Çox qısa bir müddətdə yoldaşlarımız orada xidmət aparacaqlar. Türk və rus generalı birlikdə işləyəcək. Orada Türkiyə və Rusiya zabitləri atəşkəsə nəzarət edəcək, onun davamlı olması üçün birlikdə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, bizim azərbaycanlı qardaşlarımızla tədris, təlim mövzusunda işlərimiz də davam edir. İnşallah, bu məsələlərdə əlimizdən gələn nə varsa qardaşlarımıza edəcəyik və sonuna qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın".

63
Teqlər:
Hulusi Akar, Rusiya, Türkiyә, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xankəndi

XİN fransalı deputatların Qarabağa səfər edəcəyi xəbərinə münasibət bildirdi

30
Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Erməni KİV-ləri Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyini, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarını yazırlar. Bu səfərlə bağlı Xarici İşlər Nazirliyinin şərhini öyrənmək istərdik.

- Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.

30
Teqlər:
Azərbaycan XİN, səfər, deputatlar, Fransa, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT