Abdullah Gül

"Gülün hakimiyyətə qayıdışı Azərbaycanla münasibətləri korlayacaq"

153
"Gül Amerikanın layihəsidir. Əgər o və yaxud onun komandası hakimiyyətə gəlsə, bu birmənalı olaraq Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vuracaq"

BAKI, 17 avqust — Sputnik. Rəcəb Tayyib Ərdoğan və Abdullah Gülün münasibətlərində problemlər dünən meydana gəlməyib, onlar çoxdan mövcuddur. Türkiyəli tarixçi, politoloq Doğu Perincek Sputnik Azərbaycan üçün Türkiyənin hazırkı və keçmiş prezidentlərinin qarşıdurmasını müzakirə edərkən bu fikirləri işlədib.

Türkiyənin keçmiş prezidenti Abdullah Gül bu günlərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 16 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən imtina edib.

Perincekin sözlərinə görə, hər kəsə məlumdur ki, ABŞ Ərdoğanı siyasi səhnədən götürmək istəyir, Gül isə məhz amerikayönümlü siyasətçidir. Politoloq qeyd edib ki, amerikalılar Türkiyədə hakimiyyətdə məhz Gülün komandasını görmək istəyirlər və 2016-cı il iyulun 15-də çevriliş cəhdinin səbəbi də bu olub. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERS

"Əgər onların cəhdi uğurla nəticələnsə idi, yəqin ki, ölkəni indi keçmiş prezidentin komandası idarə edirdi" — politoloq bildirib.

Onun fikrincə, rəsmi seçkilərdə Gül heç vaxt Ərdoğana qalib gələ bilməz, çünki onun nüfuzu elə də böyük deyil.

Perincek vurğulayıb ki, keçmiş prezident ABŞ-sız Türkiyədə heç nə edə bilməz və zaman göstərir ki, Amerika ilə də heç nə edə bilmir: "Hesab edirəm ki, o prezident seçkilərində namizədliyini irəli sürməyəcək, lakin onun komandası işini davam etdirəcək. ABŞ-ın Türkiyəyə dair öz planları var, onlar Ərdoğanı siyasi səhnədən çıxarmaq və Türkiyəni Avrasiya yolundan döndərməyə çalışırlar".

Politoloqun sözlərinə görə, Gül ABŞ-a "kürd açılımı"nı yenidən həyata keçirmək üçün lazımdır.

Perincekin fikrincə, Ərdoğanın da nöqsanları var və o, təkbaşına ölkəni idarə edə və xalqı birləşdirə bilməz. Bundan əlavə, Ərdoğanın ölkənin dünyəviliyi ilə bağlı problemləri var və o da mütəmadi olaraq Avrasiya yolu ilə əlaqədar şübhələrə düşür. 

"Türkiyəyə bu gün milli koalisiya lazımdır, Gül isə amerikayönümlü olaraq birmənalı şəkildə zərərlidir" — politoloq bildirib.

Türkiyənin keçmiş və hazırkı liderlərinin qarşıdurmasının Azərbaycan-Türkiyə münasibətlərinə təsirini şərh edən Perincek qeyd edib ki, bu münasibətlər Türkiyə siyasi yönümünü dəyişərək Çin, İran, İraq, Suriya kimi Avrasiya dövlətləri ilə ciddi yaxınlaşmaya gedərsə daha da inkişaf edər.

Politoloq əmindir ki, Türkiyənin Avrasiya yolu onun Azərbaycanla əlaqələrinin daha da sıxlaşmasına səbəb olacaq, lakin Türkiyə Qərbi seçərsə, bu, iki ölkənin münasibətlərinə mənfi təsir göstərəcək.

"Gül Amerikanın layihəsidir. Əgər o və yaxud onun komandası hakimiyyətə gəlsə, bu birmənalı olaraq Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vuracaq. Türkiyə Avrasiyada öz yerini tutmalıdır və Bakı və Ankaranın münasibətlərinin ən optimal inkişaf variantıdır" — Perincek bəyan edib.

153
Teqlər:
Ədalət və İnkişaf Partiyası, Doğu Perinçek, Abdullah Gül, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ, Azərbaycan
Əlaqədar
Ərdoğan İrana hansı mesajı aparır?
Ərdoğan dünya müsəlmanlarını Qüdsə çağırdı
Ərdoğan Qərb ölkələri qarşısında iki seçim qoydu
Ərdoğan-Putin görüşü başladı
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Hulusi Akar: "Sonuna qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq"

71
Çox qısa bir müddətdə yoldaşlarımız orada xidmət aparacaqlar. Türk və rus generalı birlikdə işləyəcək. Orada Türkiyə və Rusiya zabitləri atəşkəsə nəzarət edəcək, onun davamlı olması üçün birlikdə fəaliyyət göstərəcəklər.

BAKI, 2 dekabr — Sputnik. Hazırda Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin tikintisi aparılır.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"Çox qısa bir müddətdə yoldaşlarımız orada xidmət aparacaqlar. Türk və rus generalı birlikdə işləyəcək. Orada Türkiyə və Rusiya zabitləri atəşkəsə nəzarət edəcək, onun davamlı olması üçün birlikdə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, bizim azərbaycanlı qardaşlarımızla tədris, təlim mövzusunda işlərimiz də davam edir. İnşallah, bu məsələlərdə əlimizdən gələn nə varsa qardaşlarımıza edəcəyik və sonuna qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın".

71
Teqlər:
Hulusi Akar, Rusiya, Türkiyә, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xankəndi

XİN fransalı deputatların Qarabağa səfər edəcəyi xəbərinə münasibət bildirdi

33
Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Erməni KİV-ləri Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyini, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarını yazırlar. Bu səfərlə bağlı Xarici İşlər Nazirliyinin şərhini öyrənmək istərdik.

- Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır. Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır.

33
Teqlər:
Azərbaycan XİN, səfər, deputatlar, Fransa, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3