Edvard Nalbandyan və Elmar Məmmədyarov

Məmmədyarov Nalbandyan bu gün görüşürlər

21
Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər

BAKI, 11 iyul — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər. Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib.

Görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə biləcəkləri açıqlanmışdı.

Lakin APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüşün elə əvvəlcədən iyulun 11-də Brüsseldə keçirilməsi nəzərdə tutulub.

21
Teqlər:
ATƏT-in Minsk qrupu, görüş, Belçika, Edvard Nalbandyan, Elmar Məmmədyarov
Əlaqədar
Elmar Məmmədyarov rəsmi səfərə yola düşüb
Məmmədyarov: "Azərbaycan zəmanət verməyə hazırdır"
Məmmədyarov: “Ermənistana beynəlxalq təzyiq göstərilməlidir”
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Məmmədyarov BMT-nin nümayəndəsi ilə işğaldan azad olunmuş kənddən danışıb