Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, arxiv şəkli

Əli Həsənov: "Son on ildə hücum diplomatiyası həyata keçirilib"

17
(Yenilənib 17:27 19.06.2017)
Əli Həsənov: "Üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz əksər beynəlxalq təşkilat Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb"

BAKI, 19 iyun — Sputnik. Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları başa çatıb.

APA-nın məlumatına görə, kursun sonuncu günü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov "XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)) mövzusunda mühazirə deyib. O qeyd edib ki, ermənilər tərəfindən 1988-1994-cü illərdə 373 terror aktı törədilib. Onun sözlərinə görə, hazırda Ermənistan rəhbərliyində olan şəxslərin hamısı Azərbaycan ərazilərinin işğalında iştirak edib: "Ümumiyyətlə, ermənilər işğalla yanaşı, ideoloji müharibə də aparıb, tarixən azərbaycanlılar haqqında mənfi imic formalaşdırmağa çalışıblar". 

Sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan dövlətinin siyasəti" mövzusunda çıxış edib.

Ə. Həsənov bildirib ki, mərkəz tərəfindən həyata keçirilən seminarların əsas məqsədi Azərbaycan mediasında çalışan jurnalistləri ermənilərin 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin bütün detalları ilə tanış etməkdir: "Məqsəd ondan ibarətdir ki, jurnalistlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətini daha dərindən bilsinlər".

Prezidentin köməkçisi qeyd edib ki, erməni faktoru böyük imperiyaların əlində hər zaman siyasi alət, silah olub, onlar bu silahdan zaman-zaman öz siyasətlərini reallaşdırmaq, öz geosiyasi hədəflərinə çatmaq üçün istifadə ediblər: "Çox təəssüf ki, onların istifadə etdiyi bu silah və onun acı nəticələri Azərbaycan xalqının fəlakətə düçar olması ilə nəticələnib". 

Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində
© Official website of President of Azerbaijan Republic

Ə. Həsənov bildirib ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılır: "Dünyanın elə bir regionu yoxdur ki, biz ora Dağlıq Qarabağ həqiqətlərini, münaqişənin təfsilatını, o cümlədən 200 ildən artıqdır, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsas məsələlərini çatdırmayaq. Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövləti ötən müddətdə, xüsusən son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı bütün beynəlxalq təşkilatlarda öz sözünü deyib, hücum diplomatiyası həyata keçirib. Nəticə nədən ibarətdir? Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyi dəstəklənib. Bu baxımdan ilk növbədə İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istəyirəm. Bu təşkilat demək olar ki, bütün sammitlərində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb, Azərbaycanın ərazilərinin işğal olunduğu faktını qeyd edib və ermənilərin Azərbaycan torpaqlarından tezliklə çəkilməsini tələb edib. Qoşulmama Hərəkatı da birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlü çərçivəsində dəstəkləyib. Avropa Şurası, ATƏT, Avropa Parlamenti, üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz digər qurumların əksəriyyəti Azərbaycan ərazilərinin işğal faktını tanıyıb, ermənilərin torpaqlarımızdan çıxarılmasını qeyd edib.

Bilirsiniz ki, 1992-ci ildə işğal baş verərkən həmin ildən 1993-cü ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürülüb və bu qətnamələr beynəlxalq hüququn əsas sənədləri kimi bu gün ortadadır.

Təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki çoxstandartlı vəziyyətində hələ ki, ermənilərə işğal etdikləri torpaqlardan geri çəkilmək üçün ciddi təzyiq göstərən beynəlxalq təşkilat və ölkə yoxdur". 

Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров в ходе совместного брифинга с турецким коллегой Мевлютом Чавушоглу
© Sputnik / Murad Orujov

Prezidentin köməkçisi Azərbaycanın Ermənistanı tanımayan, onunla diplomatik münasibətlər qurmayan dostları olduğunu da xatırladıb: "Onlardan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin adını çəkmək olar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlara mövqeyimizi qəbul etdirə bilmişik. Dünyanın bir çox dövləti, çoxsaylı vilayətlər, ştatlar, başqa hüquqi qurumlar Xocalı soyqırımını tanıyıb. Biz bu siyasətimizi davam etdirəcəyik. O vaxta kimi davam etdirəcəyik ki, ermənilər qeyri-konstruktiv mövqelərindən əl çəkməyəcək, işğal siyasətindən imtina etməyəcək, Azərbaycan torpaqlarını işğaldan azad etməyəcəklər. Yalnız işğal altında olan torpaqlar azad olunandan, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıdandan, münaqişə bölgəsində tam sülh, sabitlik yaranandan sonra biz Ermənistanla münasibətlər qura bilərik. Hazırda Azərbaycanın Ermənistan istisna olmaqla, bütün bölgə və dünya dövlətləri ilə çox yaxşı münasibətləri var. Bu tərəfdaşlıq münasibətlərindən istifadə edib, dövlətimizi inkişaf etdiririk".

Sonra kurs iştirakçılarına sertifikatlar və Dağlıq Qarabağ münaqişəsinə aid kitablar təqdim edilib.

17
Teqlər:
BMT Təhlükəsizlik Şurası, Elçin Əhmədov, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, Səudiyyə Ərəbistanı, Pakistan, Ermənistan, Türkiyə, Azərbaycan
Əlaqədar
Əli Həsənov: "Azərbaycanla Səudiyyə Ərəbistanını müştərək dəyərlər birləşdirir"
Əli Həsənov: Prezidentin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır
Əli Həsənov: Prezident Azərbaycanı azad mediasız təsəvvür etmir
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

22
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

22
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan
Co Bayden, arxiv şəkli

Məşhur müğənnilər Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər

5
(Yenilənib 09:38 16.01.2021)
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq

BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.

5
Kürdəxanında çirkab sular

Kürdəxanıda çirkab suları dənizə axıdılır, nazirlik öz işini görür, nəticə isə yoxdur

0
(Yenilənib 20:12 17.01.2021)
Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində uzun illərdir ki, dənizə kanalizasiya suları axıdılır. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar kanalizasiya sularının axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir.

Adətən çirkab sular dənizə axıdılır. Bununla yanaşı Kürdəxanı və Pirşağı qəsəbələrində kanalizasiya sularının axıdılığı göllər də var. Bu problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sistemi çəkilməlidir. Ötən il Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi üçün qərar verilsə də, görünən odur ki, qeyd olunan qəsəbələrdə hələ heç bir iş görülməyib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi planda olsa da, yəqin ki, bundan sonra məsələyə birbaşa məsul olan qurum "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görəcək. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi məsələsi hələ bir müddət qalacaq. Çünki bu gün əsas prioritet məsələ işğaldan azad edilmiş torpaqların bərpasıdır.

Onun sözlərinə görə, Pirşağıda Cənubi Koreya şirkəti tərəfindən kanalizasiya sularının təmizlənməsi ilə bağlı stansiya tikilir. Stansiya istifadə verildikdən sonra Mehdiabad, Ceyranbatan və s. yaxın qəsəbələrin kanalizasiya boruları həmin stansiyaya qoşulacaq.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

F.Həsənov qeyd edib ki, kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılmalıdır: "Qonşu Türkiyədə kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılır. Kanalizasiya suyu o qədər təmizlənir ki, Azərbaycanda olsa, içməli sudan fərqləndirmək mümkün olmaz. Bu qədər təmizlənməsinə baxmayaraq, həmin sular xüsusi borularla dənizin daxilində 5 kilometr məsafəyə buraxılır".

Professor bildirib ki, içməli suyun bir litrində 1 qram, Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var. Kanalizasiya suları təmizlənib dənizə axıdıldığı təqdirdə, dənizin suyunun tərkibinə təsir etmir. Təmizlənmədiyi halda isə kanalizasiya suyunun tərkibində olan zərərli maddələr dəniz suyuna qarışır. Belə olan təqdirdə həmin ərazilərin çimərlik kimi istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.

© Sputnik / Irade JELIL
Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var

"Çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur. Vətəndaşlar sağlamlıqları üçün bu ərazilərdən çimərlik kimi istifadə etməməlidirlər", - deyə F.Həsənov bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2007-ci ildən bu günə qədər 17 ədəd su təmizləyici qurğu quraşdırıb.

Bu problemin qalmasının səbəbi isə müvafiq ərazilərdə kanalizasiya sisteminin olmamasıdır. Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb. Nəticələr barədə "Azərsu" ASC-yə məlumat verilib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Ekoloq Telman Zeynalovun fikrincə, çirkab və kanalizasiya sularının dənizə axıdılması insan sağlamlığı ilə yanaşı, Xəzərin biomüxtəlifliyi üçün də təhlükəlidir. Onun sözlərinə görə, Kürdəxanı ərazisində dənizə çirkab sularının axıdılmasına nəzarət yerli icra orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Belə ki, qurumlar həmin ərazilərdə mütəmadi olaraq monitorinqlər aparmalı, bu kimi vəziyyətləri açıqlamalı və müvafiq tədbirlər görməlidir.

Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq qurumun rəsmisi Şöhrət Süleymanov yerli mətbuata açıqlamasında bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Abşeron yarımadası üzrə Master Plana uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır".

© Sputnik / Irade JELIL
Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb

Qeyd edək ki, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə Bilgəh, Mərdəkan, Novxanı, Buzovna, Sumqayıtın Xəzər sahili ərazilərində ETSN tərəfindən onlarla modul tipli lokal təmizləyici qurğu quraşdırılıb.

Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

0