Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Əgər biz istəsək, dünyada heç kəs sabitliyi poza bilməz"

© Photo : Rusiya prezidentinin mətbuat xidməti / Mediabanka keçidŞanxay əməkdaşlıq təşkilatı dövlət başçıları, 9 iyun 2017-ci il
Şanxay əməkdaşlıq təşkilatı dövlət başçıları, 9 iyun 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İndi bu təşkilat Yer kürəsi ərazisinin dörddə birini və dünya əhalisinin 45%-ni əhatə edir

BAKI, 9 iyun — Sputnik. Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvləri olub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, ŞƏT-in Astanada keçirilən sammitində 6 üzv dövlətin lideri (Rusiya, Qazaxıstan, Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan) Hindistan və Pakistanın quruma tamhüquqlu üzv kimi qəbulu barədə sənədi imzalayıblar.

Bununla yanaşı ŞƏT dövlət başçıları Şurasının iclasının sonunda sammit iştirakçıları bir sıra sənədləri, o cümlədən ŞƏT-in ekstremizm əleyhinə əməkdaşlıq Konvensiyasını və Astana Bəyənnaməsini qəbul ediblər.

Hindistan kimi nəhəngi və ondan elə də geri qalmayan Pakistanı birləşdirən ŞƏT artıq Yer kürəsi ərazisinin dörddə birini və dünya əhalisinin 45%-ni əhatə edir.

Təşkilat üzvləri hələ Hindistanla Pakistanın üzvlük məsələsini müzakirə edərkən belə fikir irəli sürmüşdülər ki, bu iki ölkə arasında hələ də davam edən gərginlik ŞƏT-in ümumi işinə ziyan vura bilər. Bu münaqişə nüvə silahlarının yayılmasının qarşısının alınmasından tutmuş regional təhlükəsizliyə qədər hər bir sahədə problem yaradır. Nəhayət belə bir razılığa gəlinib ki, "Asiya NATO"-su adlandırılan bu quruma qoşulandan sonra onlar öz aralarında müharibəyə daha az meylli olacaqlar. Əgər münaqişəyə son vermək qərarına gəlsələr, onlara təşkilat yaşıl işıq yandıracaq.

Şanxay - Sputnik Azərbaycan
Şanxaydan Türkiyəyə müsbət cavab verildi

"İndi bizim üçün vacib olan yeni həmkarlarımıza təşkilatın fəaliyyətinə tez və effektiv qoşulmağa yardım etməkdir" — deyə Rusiya prezidenti Vladimir Putin sammitdə bildirib.

"ŞƏT-in heyətinin genişlənməsi onun siyasi, iqtisadi və humanitar sahədə gücünün və təsirinin artmasına səbəb olacaq" — deyən Putinin fikrincə, ŞƏT-in genişlənməsi və güclənməsi regionda və beynəlxalq aləmdə gedən proseslərə daha fəal şəkildə müdaxilə etmək imkanları yaradacaq.

Prezident Rusiyanın ŞƏT-ə daha bir regional nəhəngin — İranın da qoşulmasını dəstəklədiyini bildirib. Baxmayaraq ki, İran bu təşkilata üzvlük üçün 2008-ci ildən namizədliyini irəli sürüb, lakin sanksiyalar ucbatından daxil ola bilməyib.

"Güman edirəm ki, biz Hindistan və Pakistanın bizim təşkilatımıza qoşulmasından sonra bu prosesin də şahidi olacağıq" — Putin əlavə edib.

Onun sözlərinə görə, təşkilatın qarşısında duran ən vacib məsələ üzv ölkələrin öz sərhədlərinin təhlükəsizliyini qorunmasıdır.

"Terrorçuluq ŞƏT ölkələrinin təhlükəsizliyi üçün əsas təhlükə olaraq qalır. Biz deməkdən yorulmuşuq ki, terrorizmlə effektiv mübarizə üçün bütün beynəlxalq ictimaiyyət öz gücünü birləşdirməlidir. Bizim təşkilat çərçivəsində və onun strukturlarında bu istiqamətdə iş aparılır. Biz Suriyada, İraqda, Əfqanıstanda, ümumiyyətlə Yaxın Şərqdə nələrin baş verdiyini görürük. Qeyd etmək lazımdır ki, ABŞ-ın daxili siyasi vəziyyəti beynəlxalq formatda belə konstruktiv və sistemli səviyyədə işə imkan vermir" — deyən Putin qeyd edib ki, dünyadakı terrorizm təhdidi tamamilə konkret planlar tələb edir.

İlham Əliyev - Sputnik Azərbaycan
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının tərəfdaşı oldu

Putin deyib ki, əldə olunan məlumatlara görə, İŞİD Mərkəzi Asiya və Rusiyanın cənub regionlarında yeni destabillik planları hazırlayır. Elə buna görə də, ŞƏT üzvü olan dövlətlərin xüsusi xidmətləri öz işini həm də regional antiterror strukturlarının xətti ilə koordinasiya etməlidir.

Belarus prezidenti Aleksandr Lukaşenko isə sammitdə ŞƏT-in yeni üfüqlərini daha aydın izah edib.

"Bizim təşkilat dünyanın ən aparıcı strukturlarından biridir. Bu yaxınlarda Vladimir Putin demişdi ki, Rusiya və ABŞ arasında qarşıdurma olsa, bu qarşıdurmadan heç kəs sağ çıxmayacaq. Bu, çox düzgün və çox yerində deyilmiş fikirdir. Bu gün ŞƏT-in əsas rolu ondan ibarətdir ki, əgər ŞƏT-in bütün üzvləri istəsə, heç kəs heç yerdə və heç vaxt dünyada stabilliyi poza bilməz. ŞƏT-in belə böyük potensialı var. Bunu görmək lazımdır" — deyə Lukaşenko bildirib.

Sammiti bağlayan Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə deyib ki, "bu gün tarixi hadisə baş verdi".

ŞƏT 2001-ci ildə 1996-cı ildə təsis olunmuş "Şanxay beşliyi"nin (Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya və Tacikistan) bazası əsasında yaranıb.

Xəbər lenti
0