SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Seçkilərdə bu partiya qalib gəlir

© REUTERS / Stefan WermuthBritain's Home Secretary Theresa May arrives to attend a cabinet meeting at Number 10 Downing Street in London, Britain March 1, 2016
Britain's Home Secretary Theresa May arrives to attend a cabinet meeting at Number 10 Downing Street in London, Britain March 1, 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniyanın Mühafizəkarlar partiyası seçkilərdə liderlik edir

BAKI, 9 iyun — Sputnik. Böyük Britaniyanın Mühafizəkarlar partiyası vaxtından əvvəl keçirilən parlament seçkilərində liderlik edir.  

APA-nın xəbərinə görə, hazırda mühafizəkarlar 292, leyboristlər isə 248 mandat əldə ediblər. Şotlandiya Milli Partiyası 33, Liberal Demokratik Partiyası 11 mandat əldə edib. Digər partiyalar isə 21 mandat qazanıb. Səslərin hesablanması davam etdirilir.

Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib,  Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.   

Xəbər lenti
0