SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cenevrədə Suriya danışıqları başladı

© REUTERS / Denis BalibouseCenevrədə Suriya sülh danışıqları, 16 may 2017-ci il
Cenevrədə Suriya sülh danışıqları, 16 may 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Danışıqların altıncı mərhələsi mayın 19-dək davam edəcək

BAKI, 16 may — Sputnik. İsveçrənin Cenevrə şəhərində "Suriyada sülh" başlıqlı danışıqların altıncı mərhələsi başlayıb. Sputnik Azərbaycan bu barədə "Press Tv"-yə istinadən xəbər verir.

Artıq Suriya rejiminin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə görüşmək üçün BMT-nin Cenevrədəki ofisinə gəlib. De Misturanın günün ikinci yarısında Suriya müxalifətinin təmsilçiləri ilə də görüşəcəyi planlaşdırılır.

Qeyd edək ki, danışıqların altıncı mərhələsi mayın 19-dək davam edəcək.

Xəbər lenti
0