Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

"Rusiya Aleksandr Lapşinə göstərdiyi həssaslığı Dilqəm Əsgərova da göstərməlidir"

198
(Yenilənib 16:27 10.02.2017)
Elmar Məmmədyarov: "Əgər Ermənistan öz simasını qorumaq istəyirsə, əsir saxladıqları azərbaycanlıları heç olmasa üçüncü ölkəyə göndərsinlər"

BAKI, 10 fev — Sputnik. "İstərdik ki, Rusiya Lapşinə münasibətdə göstərdiyi həssaslığı, hazırda erməni tərəfində qanunsuz olaraq girov saxlanılan öz vətəndaşına da göstərsin".

Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində səsləndirib. "Azərbaycan hesab edir ki, erməni tərəfi öz torpaqlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevi qanunsuz olaraq saxlayır. İndi isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə onlara əsir düşüb. Azərbaycan bu cür faktlarla necə mübarizə aparmaq niyyətindədir? Bakı hansı əks-addımlar atmağa hazırlaşır?" sualına nazir belə cavab verib: "Təmas xəttini keçərək Kəlbəcər rayonuna gedən və qəbiristanlığı ziyarət edən bu iki nəfərin (onlar 3 nəfər olublar, amma onlardan biri döyüş zamanı öldürülüb) saxlanılması və onların taleyi təxribat xarakterli məsələdir. Onları saxlamaq nəyə lazımdır? Onları girov götürmüsünüz və 2 ildir məhkum etmisiniz. Amma əgər siz öz simanızı qorumaq istəyirsinizsə, onları heç olmasa üçüncü ölkəyə göndərin. Bu, həm bizim, həm də sizin ölkədə ictimai vəziyyətə təsir edir".

"Və biz bu mesajları hər zaman vasitəçilərin köməyi ilə onlara çatdırırıq. Bu məsələ ictimai rəyi narahat edir. Onlardan birinin həyat yoldaşı Rusiya vətəndaşıdır. Onun özünün də Rusiya pasportu var. İstərdik ki, Rusiya tərəfi öz vətəndaşlarının maraqlarını eyni həssaslıqla müdafiə etsin, necə ki, indi bunu Lapşinə (bloqçu Aleksandr Lapşin — red.) münasibətdə edir" — XİN başçısı qeyd edib.

Elmar Məmmədyarov 2016-cı ilin dekabrında şəhid olmuş Azərbaycan hərbçisi Çingiz Qurbanovun cəsədinin gec qaytarılmasına da münasibətini bildirib. Qeyd edib ki, bu cür halların baş verməməsi üçün qəbul olunmuş mexanizmlər var: "Amma Ermənistan tərəfi qaydalara əməl etmək istəmir. Təmas xəttində gah hərdənbir, gah da davamlı olaraq atışma baş verir. Ölən və yaralananlar olur. Amma aydın məsələdir ki, münaqişə ilə bağlı bütün məsələlərin siyasi həlli tələb olunur. Amma hələlik tərəflərin addımları daha çox humanitar xarakterli olmalıdır".

"Hətta biz təsadüfi atışmalardan qaça bilməsək belə, ölənlər və yaralananlar olsa və onların cəsədi qarşı tərəfdə qalsa belə, döyüş zamanı ölənlərin cəsədlərinin qaytarılması normal praktikadır. Bu, bütün hərbi qarşıdurmalar zamanı baş verir" — deyə Məmmədyarov bildirib.

O, hələ də ermənilərin niyə şəhid əsgərin cəsədini bu qədər gec qaytarmasının səbəbini başa düşmədiyini qeyd edib: "Doğrusu, mənim üçün hələ də böyük sual olaraq qalır ki, erməni tərəfi niyə cəsədi bu qədər uzun müddət saxladı. Ölü əsgərlə mübarizə aparmaq mümkün deyil axı. Mən indiyə qədər qarşı tərəfdən ağlabatan bir cavab eşitməmişəm. Bu məntiqi başa düşmək və qəbul etmək mümkün deyil".

Nazir ermənilərin məqsədinin ictimai rəyi narahat saxlamaq olduğunu əlavə edib: "Ağla gələn yalnız odur ki, həm əsgərin meyitinin uzun müddət saxlanılması, həm də iki girovun azad edilməməsində yeganə məqsəd ictimai rəyi qəsdən narahat saxlamaqdır".

198
Teqlər:
Aleksandr Lapşin, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Ermənistan, Elmar Məmmədyarov, Rusiya, Azərbaycan
Əlaqədar
Məmmədyarov Rusiya səfiri ilə Lapşinin məsələsini müzakirə edib
Məmmədyarov BMT-nin nümayəndəsi ilə işğaldan azad olunmuş kənddən danışıb
Elmar Məmmədyarov İbrahim Rəhimpurla görüşüb
Elmar Məmmədyarov Sergey Lavrovla görüşə gedir
Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı verib
Məmmədyarov: Sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdi qəbuledilməzdir
Şəhriyar Məmmədyarov Moskvada keçirilən blits-turnirin qalibi olub
Məmmədyarov: Ermənistanın hərbi təcavüzü regional əməkdaşlığa ciddi təhdiddir
Co Bayden, arxiv şəkli

Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

99
(Yenilənib 20:27 17.01.2021)
Əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

BAKI, 17 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edə bilər.

“Report”un məlumatına görə, bu barədə “The Daily Telegraph” siyasətçinin ətrafındakı şəxslərə istinadən xəbər verib.

Bu səfər böyük ehtimalla Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) zirvə toplantısına təsadüf edəcək. Bundan əlavə, Bayden, payızda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir.

Qəzetin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

99
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

23
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

23
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0