GUAM Parlament Assambleyasının 9-cu sessiyasında Elmar Məmmədyarovun çıxışı

GUAM-a üzv ölkələrin hökumət başçıları bir araya gələcək

281
(Yenilənib 13:37 15.12.2016)
Elmar Məmmədyarov: "İdmanı da əməkdaşlıq etdiyimiz sahələr sırasına daxil edə bilərik"

BAKI, 15 dek — Sputnik. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (GUAM) ölkələrinin idman yarışları keçirilə bilər. Sputnik-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı deyib.

"İdmanı da əməkdaşlıq etdiyimiz sahələr sırasına daxil edə bilərik. GUAM-a üzv ölkələrin baş nazirlərinin gələn ilin əvvəlində görüşü keçiriləcək. Baş nazirlərin görüşünün Kiyevdə keçirilməsi nəzərdə tutulub", — Məmmədyarov deyib.

Nazir qeyd edib ki, bəzi ölkələr, o cümlədən Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üzləşir: "Təhlükəsizlik məsələləri GUAM ölkələrinin rəhbərlərinin bəyanatlarında əksini tapıb. Azərbaycanın və digər ölkələrin ərazi bütövlüyü bərpa edilməlidir".

O bildirib ki, GUAM-a üzv ölkələrin iqtisadi potensialı inkişaf etdirilməlidir: "GUAM ölkələrinin yerləşdiyi coğrafiya imkan verir ki, nəqliyyat potensialından da istifadə edək".

Nazir əlavə edib ki, GUAM, quruma üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrilib: "Bu təşkilat, həmçinin üzv ölkələrin ərazisində mövcud münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır".

281
Teqlər:
GUAM, ölkə, Elmar Məmmədyarov, üzv, bəyanat
Əlaqədar
Azərbaycan səfiri GUAM-a başçılıq edəcək
Azərbaycanın ilk beynəlxalq təşkilata üzv qəbul olunduğu gün
UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib
Rusiya Azərbaycanın ŞƏT-ə üzv olmasını istəyir
ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev

Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri kimdir?

11
(Yenilənib 11:27 30.07.2021)
Bundan sonra ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev təmsil edəcək, o, bu vəzifədə 10 ildən çox çalışmış İqor Popovu əvəz edib.

BAKI, 30 iyul — Sputnik. ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. Bundan sonra qurumda İqor Popovun əvəzinə Rusiya Federasiyasını İqor Xovayev təmsil edəcək. Qeyd edək ki, İqor Popov 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olub.

Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halı

İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.

1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.

2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.

İngilis, fransız və Vyetnam dillərini bilir.

Eləcə də oxuyun:

11
Teqlər:
İqor Popov, həmsədr, Rusiya, ATƏT-in Minsk Qrupu

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, əziz qardaşım, qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.

Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Türkiyədə yanğınlar 

Türkiyədə, Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.
Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Eləcə də oxuyun:

  • Antalya alov içində - dəhşət saçan fotolar

25
Teqlər:
meşə, yaralı, həlak, Yanğın, başsağlığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan, Türkiyə, Azərbaycan

Rusiya təyyarələri Türkiyənin cənubunda meşə yanğınlarını söndürür

0
(Yenilənib 13:57 30.07.2021)
Rusiyanın “Be-200” təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.Ətraflı videomuzda.

Rusiyanın Ankaradakı səfirliyi Türkiyənin cənubunda meşə yanğınlarının söndürülməsində Rusiyanın “Rostex” birləşmiş aviasiya korporasiyasının  “Be-200” yanğınsöndürmə təyyarələrinin iştirakı haqqında məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyasının üç ədəd «Be-200» amfibiya təyyarəsi yardım göstərmək üçün Türkiyə Respublikasına göndərilib.

İyulun 28-də Antalya vilayətinin rəhbərliyi Manavqat rayonunda güclü meşə yanğınının baş verdiyini bildirib. Güclü külək və isti hava səbəbindən alov sürətlə böyük ərazilərə yayılıb. Son məlumatlara görə, yanğın nəticəsində dörd nəfər həlak olub, daha iki yüz nəfərədək şəxs xəsarət alıb.

0