Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Oqtay Əsədov Rusiyada görüşlər keçirir

16
Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyəti Sankt-Peterburqda səfərdədir

BAKI, 25 noy — Sputnik. Xəbər veridiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədov noyabrın 24-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində Assambleya Şurasının iclasında iştirak edib. Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, Şuranın üzvləri — MDB parlamentlərinin rəhbərləri bir sıra aktual məsələləri nəzərdən keçirib, Parlamentlərarası Assambleyanın hazırladığı sənədləri müzakirə edib və məruzəçilərin çıxışlarını dinləyiblər.

İclasda təşkilati məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko növbəti dəfə MDB Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib. Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin sədri Valentina Matviyenko ilə görüşüb. Tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Sonra Azərbaycan parlamentinin sədri Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov ilə də görüşüb. Görüşdə iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Oqtay Əsədov Çınıbay Tursunbekovu Azərbaycana rəsmi səfərə dəvət edib, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlığın gedişi barədə danışıb.

Milli Məclis sədrinin, həmçinin Qazaxıstan Parlamenti Məclisinin rəhbəri, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sədri Nurlan Niqmatulin ilə görüşü olub. Nurlan Niqmatulin Azərbaycan xalqını müstəqilliyinin 25 illiyi münasibətilə təbrik edib. Bildirib ki, Qazaxıstan Azərbaycan ilə qarşılıqlı əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Qazaxıstan Parlamenti Məclisinin rəhbəri TürkPA-nın fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

Milli Məclisin sədri Nurlan Niqmatulinə Qazaxıstan Parlamenti Məclisinin rəhbəri seçilməsi münasibətilə təbriklərini çatdırıb, Qazaxıstan parlamentinin nümayəndə heyətini TürkPA Katibliyinin Bakıda yeni inzibati binasının açılış mərasiminə dəvət edib.

Səfər zamanı Sankt-Peterburqun Tavriya Sarayında — MDB Parlamentlərarası Assambleyasının qərargahında qazax ictimai-siyasi xadimi, Rusiyanın Birinci Dövlət Dumasının (1906-cı il) deputatı Əlixan Bukeyxanovun büstünün açılış mərasimi keçirilib. Əlixan Bukeyxanovun büstünü Tavriya Sarayına Qazaxıstan parlamenti bağışlayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov qeyd edib ki, Tavriya Sarayında qardaş ölkələrin tanınmış siyasi və ictimai xadimlərinin büstlərinin qoyulması ənənə halı alıb. 2014-cü ildə burada ilk dəfə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun büstü qoyulub.

Oqtay Əsədov deyib: "Biz bu ənənəni dəstəkləyirik. Keçmişi öyrənmədən gələcəyi dərk etmək mümkün deyil. 1906-cı ildə Tavriya Sarayında, Birinci Dövlət Dumasında bizim həmvətənlərimiz də təmsil olunurdular. Əminəm ki, bu ənənəni dəstəkləməklə müstəqil dövlətlər xalqlarımızın rifahı naminə əlaqələri gücləndirməyə davam edəcəklər".

Tədbirdə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko qeyd edib ki, Tavriya Sarayında qoyulan ilk büst Azərbaycan parlamenti tərəfindən hədiyyə olunub. Valentina Matviyenko əməkdaşlığa görə Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlığını bildirib, tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

Mərasimdə, həmçinin Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir.

16
Teqlər:
MDB, Oqtay Əsədov, Milli Məclis, Sankt-Peterburq, Rusiya, deputat, parlament
Əlaqədar
Oqtay Əsədov İslam Kərimovun dəfnində iştirak etmək üçün Özbəkistana yola düşüb
Oqtay Əsədov Türkiyəyə gedir
Oqtay Əsədovdan bəyənnaməyə etiraz
Oqtay Əsədov Gürcüstana gedir

İlham Əliyev Livan Prezidentinə başsağlığı verdi: “Maliyyə yardımı göstərəcəyik”

202
(Yenilənib 16:20 05.08.2020)
Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi. Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm

BAKI, 5 avqust – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna başsağlığı verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.

202
Azərbaycan və İtaliya bayraqları, arxiv şəkli

Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib

7
(Yenilənib 12:29 05.08.2020)
Diplomat, eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini dünyaya dini münaqişə kimi təqdim etməyə çalışdığını, əslində bu problemlərin dini amil ilə heç bir əlaqəsinin olmadığını və sırf ərazi münaqişəsi olduğunu deyib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bu günlər İtaliyada erməni tərəfi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran kütləvi informasiya vasitələrinə, hadisələrə münasibətdə obyektiv mövqe tutan siyasətçilərə, tədqiqatçılara, jurnalistlərə təzyiqlər edir və məlumatlar üzərində manipulyasiya etməyə və dezinformasiya yaymağa cəhd göstərir. Həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addımlardan biri kimi Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın "Kmetro0" xəbər portalına jurnalist Alessandro Luongo ilə geniş müsahibəsi dərc olunub.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibəsində diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Ermənistanın son hərbi avantürası, qarşı tərəfi buna təhrik edən səbəblər, o cümlədən Ermənistan tərəfinin Cənub Qaz Dəhlizinin də keçdiyi bu strateji ərazinin destabilizasiyası və önəmli nəqliyyat infastrukturuna xələl yetirmək məqsədləri barədə danışıb.

Səfir bildirib ki, özünü dünyaya "əzabkeş xalq" kimi təqdim edən erməni tərəfi bu imici əbədiləşdirmək üçün dünya ictimiayyətini aldadaraq öz hərəkətlərini gizlətməyə və baş verənlərə görə Azərbaycanı ittiham etməyə cəhd göstərir. Ermənistan Tovuz rayonu kimi strateji bir əraziyə etdiyi hücumlarla əlaqəli riskləri etiraf etmək əvəzinə, Metsamor nüvə stansiyasına Azərbaycan tərəfindən mümkün xəyali hücum riskinin olduğu kimi uydurma məlumatlar yaydı. Erməni tərəfinin bu iddiaları Azərbaycan tərəfindən dərhal rədd edilməsinə baxmayaraq, Ermənistan bu "bayraqdan" beynəlxalq həmrəylik əldə etmək məqsədilə dünyadakı erməni icmasını səfərbər etmək üçün istifadə etsə də, buna nail ola bilmədi. Üstəlik, erməni icması dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil edərək onlara ciddi xəsarət yetirdi.

Diplomat, eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini dünyaya dini münaqişə kimi təqdim etməyə çalışdığını, əslində bu problemlərin dini amil ilə heç bir əlaqəsinin olmadığını və sırf ərazi münaqişəsi olduğunu deyib. Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu, dinlərarası dialoq üçün bir model olduğunu, ölkəmizin bütün dinlərə münasibətdə açıq olduğunu, ölkəmizdə çoxsaylı dini abidələrin, sinaqoqların, kilsələrin, hətta Bakının mərkəzində erməni kilsəsinin bunun sübutu olduğunu, Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların etiqad azadlığının olduğunun tam təmin edildiyini bildirib. Bütün bu dəyərlərin Azərbaycan xalqının dərin tarixi köklərində olduğunu və bunun sivil dünya tərəfindən daha çox təqdir edilməli olduğunu vurğulayıb. Beynəlxalq hüququ pozan və digər xalqların mədəni irsini məhv edən monoetnik Ermənistanın bu dəyərlərlə heç bir əlaqəsinin olmadığını deyib.

Müsahibəsində diplomat, eləcə də Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələri, bunu şərtləndirən səbəblər, Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya dövlət səfəri və bu səfərin tarixi nəticələri, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi, Azərabycan-İtaliya dostluğunun bariz nümunsi kimi COVID-19 pandemiyası dövründə qarşılıqlı həmrəylik və dəstək təşəbbüsləri barədə də danışıb.

7
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

0
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

0