SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Azərbaycansız bütov Avropa təsəvvür etmək mümkün deyil"

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatları Azərbaycan - Avropa Parlamenti münasibətlərinin perspektivlərini müsbət qiymətləndirirlər

BAKI, 18 noy — Sputnik. "Azərbaycan Avropanın bir hissəsidir. Azərbaycanla münasibət olmadan bütöv Avropa yoxdur. Eyni zamanda, Azərbaycan öz dövlətçiliyini inkişaf etdirməklə və bu istiqamətdə uğurlar qazanmaqla dünyada stabilliyin və təhlükəsizliyin güclənməsinə öz töhfəsini verir".

© Photo : REPORTMillət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə - Sputnik Azərbaycan
Millət vəkili Aydın Mirzəzadə

Bunu Sputnik-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan demokratik hüquqi dövlət quruculuğunda gözəl bir nümunə ortaya qoyur: "Bu nümunə inkişaf etməkdə olan və yeni müstəqillik qazanmış ölkələr üçün yaxşı bir göstəricidir. Təəssüf ki, Avropa Parlamentində müəyyən qüvvələr vaxt ki, Azərbaycanla münasibətlərə kölgə salmağa və Azərbaycan haqda mənfi rəy yaratmağa çalışır. Azərbaycan tərəfindən də müvafiq reaksiya olur".

"Son dövrlərdə bu iki tərəf arasında münasibətlərinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. Avropa Parlamenti Azərbaycanla münasibətlərinin olmasında maraqlı olduğunu, Azərbaycan təcrübəsinin yayılmasını istədiyini və ikitərəfli əlaqələrin bundan sonra stabil yüksələn xətt üzrə davam etməsinə əhəmiyyət verdiyini bildirir", — millət vəkili bildirib.

O, qeyd edib ki, artıq Azərbaycan və Avropa Parlamenti arasında məsləhətləşmələr gedir: "Ümid edirik ki, hər iki tərəfin istəyi reallaşacaq. Azərbaycan öz istəyində səmimidir. Lakin yenə də Avropa Parlamentində Azərbaycanla bağlı qərəzli mövqe tutmaq istəyən qruplar var. Çox istəyərdik ki, Avropa Parlamenti əvvəl verdiyi bəyanatlara sadiq qalsın".

Milli Məclisin digər deputatı Rövşən Rzayevin sözlərinə görə isə, bir müddət əvvəl Avropa Parlamentindən Azərbaycana qarşı ədalətsiz yanaşma nümayiş etdirilmişdi: "Bunun səbəbi orada erməni lobbisinin təkidi idi. Bundan sonra bütün münasibətlər dayandırıldı. Bir müddət sonra Avropa Parlamentinin bir neçə nüfuzlu üzvü prezident İlham Əliyevə müraciət etdi və dövlət başçısı onları qəbul etdi. Bundan sonra yenidən münasibətlərin bərpası üçün ümumi razılığa gəlindi və Azərbaycan parlamenti hər iki istiqamətdə Avropa Parlamenti ilə öz işini davam etdirməyə başladı".

© Photo : REPORTMilli Məclisin deputatı Rövşən Rzayev
Milli Məclisin deputatı Rövşən Rzayev - Sputnik Azərbaycan
Milli Məclisin deputatı Rövşən Rzayev

"Biz bu yaxınlarda Parlament Assambleyasının görüşlərinə qatılacağıq. Bu görüşlər artıq başlayıb. Orada müəyyən etaplar var və biz onların hamısına qatılıb öz işimizi davam etdirəcəyik", — deputat qeyd edib.

R. Rzayevin fikrincə, bu, Azərbaycanın gələcəyi üçün çox önəmli münasibətlər olacaq: "Bir tərəfdən Azərbaycana qarşı bir çox ölkələrdə ikili standartlar yanaşmasının qarşısını almaq üçün vacibdir. Digər tərəfdən, Ermənistan lobbisinin öz xeyrinə, Azərbaycan haqda apardığı iftira kampaniyasının və işğal faktorunu gizlətmək istiqamətində apardığı siyasətin qarşısını almaq üçün çox mühüm bir platformadır. Azərbaycan da bu platformadan istifadə etməlidir".

"Düşünürəm ki, həmişə olduğu kimi, bu istiqamətdə davamlı işlər aparılacaq və Azərbaycanın haq səsi dünyanın müxtəlif qurumlarına, o cümlədən Avropa Parlamenti və onun üzvlərinə çatdırılacaq. Bu baxımdan bu platforma çox vacib bir ünsiyyət formasıdır", — deyə o bildirib.

Xəbər lenti
0