Пользователи интернета читают сайт WikiLeaks

WikiLeaks Obamanın gizli yazışmalarını dərc etdi

154
(Yenilənib 14:00 22.10.2016)
Amerika prezidentinin məktublarının birində adminstrasiyada təmsil olunacaq qadınlardan bəhs olunur

BAKI, 21 okt-Sputnik. "WikiLeaks" saytı ABŞ prezidenti Barak Obamanın iki e-mail ünvanı və bir neçə məktubunu dərc edib. Təşkilatda bildiriblər ki, bu, dövlət başçısına aid sənədlərin yalnız ilk hissəsidir.

Girişi açıq olan, çox güman ki, prezidentin artıq istifadə etmədiyi iki elektron poçt ünvanlarıdır. Saytda həmçinin yeddi ədəd məktub dərc olunub. Onlardan altısı Obamaya 2008-ci ildə göndərilib.

Daha əvvəl isə xakerlər ABŞ prezidentliyinə namizəd Hillari Klintonun yazışmalarını ələ keçirmişdilər. "WikiLeaks" Demokratlar Partiyası ilə bağlı 13 elektron yazışmanı dərc etmişdi. Hillari Klintonun fikirlərinə görə Rusiya hökuməti amerikalıların əleyhinə casusluq edib, sonra isə bütün məlumatları "WikiLeaks" təşkilatına ötürüb. Onun sözlərinə əsasən, bu barədə göstərişi şəxsən Rusiya prezidenti Vladimir Putin verib. Lakin xanım Klinton dediklərilə bağlı heç bir sübut səsləndirə bilməyib.

Milli azlıqlarla bağlı

"WikiLeaks"-in bu dəfə dərc etdiyi məktublardan üçü 4 noyabr 2008-ci il tarixində göndərilib. Obama məhz həmin gün ABŞ prezidenti seçilib.

Seçkilərdən bir ay əvvəl göndərilən məktubda nazir vəzifəsinə mümkün namizədlərin siyahısını verilib.

Göndərilən siyahıların müəllifi seçkilərdən sonra ABŞ-ın ticarət nümayəndəsi vəzifəsini tutan Obamanın məsləhətçisi Maykl Fromandır. Siyahıların birində Froman bir neçə milli azlıq nümayəndələrini hökumətə təyin olunmaq üçün məsləhət görür. Namizədlər siyahısına isə ABŞ-ın afroamerikalı, latın amerikalı və Asiya mənşəli vətəndaşları daxildir.

"Bir sıra mənbələr bu namizədləri administrasiyada yüksək rütbəli vəzifələri tutmaq üçün tövsiyyə edib", — deyə Froman məktubda yazıb.

"WikiLeaks"-in məlumatına görə, ikinci siyahıda Obama komandasına daxil ola bilən qadınlar yer alıb. Dərc olunan sənədlərdə konkret adlar çəkilmir, orada yalnız hər siyahının təsviri verilib.

Görünür, Obama öz məsləhətçisinin istəklərini nəzərə alıb — ilk prezident hökumətinə Hillari Klintonla birgə dörd qadın, bundan başqa, afroamerikalı və üç Asiya mənşəli amerikalı daxil olub.

Sammit ətrafı müzakirələr

Prezident vəzifəsini tutan gün Obama noyabrın 15-də Vaşinqtonda keçiriləcək G20 sammitində iştirakı ilə bağlı məktub alır. Bəzi məsləhətçilər yeni prezidentə tədbirdə iştirak etməkdən imtina etməyi məsləhət gördülər, çünki onun andiçmə mərasimi hələ baş tutmamışdı. Bu səbəbdən, ABŞ-ı sammitdə kiçik Corc Buş təmsil etdi.

Obamanın tədbirdə iştirak etməsini istəyənlər də vardı. Onların fikrincə, Obama mühüm məsələlərə toxunaraq sammitin gedişinə təsir edə bilərdi. Lakin nəticədə, iştirakı məsləhət görməyənlər qalib gəldilər. Onlar hesab edirdilər ki, yeni seçilən və hazırda fəaliyyət göstərən iki prezidentin eyni anda bu sammitdə iştirak etməsi "son dərəcə narahat vəziyyət yarada bilər". Bu həmçinin ABŞ-ı digər ölkələr qarşısında "bölünmüş ölkə" kimi də göstərə bilərdi.

154
Teqlər:
Maykl Froman, "WikiLeaks", Barak Obama, ABŞ
Əlaqədar
Wikileaks rəhbərindən Türkiyədəki çevriliş cəhdi ilə bağlı ilginc açıqlama
WikiLeaks Türkiyəyə dair məxfi məlumatlar yaydı
"WikiLeaks" Türkiyədəki çevriliş cəhdi ilə bağlı gizli sənədlər açıqlayacaq
Yeni WikiLeaks qalmaqalı başlayır