SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan İlham Əliyevə zəng edib

© AP Photo / Burhan Ozbiliciİlham Əliyev və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

BAKI, 18 okt-Sputnik. Oktyabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik president.az-a istinadla xəbər verir ki, Türkiyə prezidenti Azərbaycan prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti
0