Putin, Ərdoğan və Əliyev

Putin, Ərdoğan Əliyev bir araya gəldi

369
Rusiya, Türkiyə və Azərbaycan prezidentləri İstanbul forumundan öncə qısa söhbət ediblər

BAKI, 10 okt — Sputnik. Rusiya, Türkiyə və Azərbaycan prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev İstanbulda energetika forumunun başlanğıcında qısa söhbət ediblər. Sputnik-in RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Putin İstanbulda keçirilən Dünya Energetika Konqresinin xüsusi sessiyasında çıxış edəcək.

Putin və Ərdoğan
© Sputnik / Sergey Guneev

Bundan sonra liderlər Konqresin keçirildiyi zalda öz yerlərini tutacaqlar və canlı müzakirələr aparacaqlar. Rusiya prezidentinin sol tərəfində türkiyəli, sağ tərəfində isə azərbaycanlı kolleqası yer tutacaq.

Dünya Energetika Konqresi İstanbulda 9-13 oktyabr tarixlərində keçirilir. Forumda iştirak edən ölkə nümayəndələrinin təkbətək keçirəcəkləri görüşlərdə neft qiymətlərinin müzakirə olunması gözlənilir.

Putinlə Ərdoğanın görüşündə Rusiya-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı məsələlər, həmçinin aktual regional və beynəlxalq problemlər, o cümlədən Suriya gündəmi müzakirə olunacaq. Rusiya XİN daha öncə bildirib ki, Rusiya-Türkiyə əməkdaşlığının konstruktiv olacağına dair tendensiyalar mövcuddur və birgə fəaliyyət həyata keçirilə bilər. Nazirlik Ankaranın Suriya məsələsində Rusiya ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

BMT Təhlükəsizlik Şurası şənbə günü Suriyaya dair təcili iclas keçirib. İclasda Fransa və Rusiyanın təklif etdikləri Suriya tənzimlənməsi barədə iki qətnamə layihəsi müzakirə edilib. Heç bir sənəd qəbul olunmayıb.

369
Teqlər:
İstanbul, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Azərbaycan, Türkiyə, Rusiya
Əlaqədar
Vladimir Putin Ərdoğan barədə maraqlı ifadələr işlətdi
"Ərdoğan və Putin Qarabağla bağlı eyni cümləni işlədəcəklər"
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə başsağlığı verib