Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) baş katibinin müavini Vilyam Rasimora

Avropalı müşahidəçilər referendumla bağlı rəylərini açıqladılar

23
(Yenilənib 15:00 27.09.2016)
Vilyam Rasimora: "Konstitusiyaya edilmiş dəyişikliklər hakimiyyət dairəsində olan hər hansı boşluqları aradan qaldıracaq və ölkənin sabitliyini təmin edəcək"

BAKI, 27 sen — Sputnik. "Konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycanda keçirilmiş referendum ölkənin siyasi stabilliyinin yeni zəmanəti hesab olunur". Sputnik xəbər verir ki, bunu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) baş katibinin müavini Vilyam Rasimora bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səsverməyə təqdim olunmuş Konstitusiyaya dəyişikliklər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək: "Konstitusiyaya edilmiş dəyişikliklər hakimiyyət dairəsində olan hər hansı boşluqları aradan qaldıracaq və ölkənin sabitliyini təmin edəcək. Türkiyə Respublikasında baş vermiş son hadisələri nəzərə alsaq, bu dəyişikliklər həyati əhəmiyyət kəsb edəcək".

Vilyam Rasimora səsvermə nəticələrini diqqət mərkəzində saxladıqlarını bildirib: "Avropa İttifaqına tərəfdaş dövlətdə siyasi sabitlik və vətəndaşların hüquq və azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir. Araşdırma aparan təşkilat 49 seçki məntəqəsində və 5 seçki sayının keçirildiyi məntəqədə iştirak edib. Apardığımız müşahidələr zamanı seçkilərin çox ədalətli keçirildiyini gördük və səslərin sayılması zamanı heç bir qanun pozuntusuna rast gəlmədik".

"Hesab edirik ki, keçirilən seçkilər Azərbaycan vətəndaşlarının gözləntilərini doğruldub. Eyni zamanda, seçkilərin keçirildiyi zaman ölkədəki mühitin dinc və sakit olduğunu müşahidə etdik" — Vilyam Rasimora əlavə edib.

Belçikanın Polis üzrə Araşdırma Mərkəzinin əməkdaşı Qilis Bordo isə referendumun şəffaf keçirildiyini qeyd edib: "Mən Mərkəzi Seçki Komissiyasına yüksək təşkilatçılıq və şəffaflığa görə minnətdarlığımı bildirirəm. Şəffaflıq seçkilərin keçirilməsində çox böyük əhəmiyyət kəsb edir. Biz müşahidələrimizi çox rahatlıqla apara bildik və harada sual verdiksə, istədiyimiz dolğun cavabları ala bildik".

23
Teqlər:
Qilis Bordo, Vilyam Rasimora, ESISC, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Konstitusiya dəyişiklikləri, rəy, referendum
Mövzu:
Konstitusiyaya dəyişikliklərlə bağlı referendum (15)
Əlaqədar
Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun ilkin nəticələri bilindi
Ən aktiv və ən passiv seçki dairələri açıqlandı
Dubaydakı azərbaycanlı seçicilərin 99%-i dəyişikliklərə səs verib
ABŞ şirkəti seçicilərin 88,9%-nin dəyişiklikləri dəstəklədiyini bəyan edib
Exit-poll təşkilatları nəticələri açıqladılar