SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin sədri Fransa-Qafqaz Dostluq qrupunun sədri ilə görüşüb

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov Andre Reişarla görüşdə Azərbaycanda baş verəcək Konstitusiya dəyişiklikləri haqda məlumat verib

BAKI, 26 sen — Sputnik. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Reişarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sədr referendum haqqında qonaqlara ətraflı məlumat verərək bildirib ki, bu siyasi tədbir ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlıdır.

Milli Məclisin sədri Oqtay Əsədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Spiker səsvermə hüququndan istifadə etdi

"Bu dəyişikliklər cəmiyyət həyatında baş verən dinamik proseslərə uyğun olaraq həyata keçirilir. Başqa sözlə, ictimai-siyasi həyatdakı dəyişikliklərin siyasi müstəvidə də öz əksini tapması artıq günün tələbinə çevrilib. Dəyişikliklərə əsasən, çevik idarəetmə mexanizmi yaratmaq üçün vitse-prezidentlik institutunun təsis edilməsi nəzərdə tutulmuşdur. Biz belə hesab edirik ki, ölkənin əsas sənədinə edilən dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün möhkəm zəmin yaradacaq", — O. Əsədov qeyd edib.

Spiker bildirib ki, bu mühüm siyasi tədbirlə əlaqədar ölkə ərazisində yaradılmış seçki məntəqələrində prosesin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, informasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunub: "Belə ki, seçkiləri hər bir vətəndaşın onlayn müşahidə etmək imkanı vardır, mindən artıq məntəqədə veb-kameralar quraşdırılıb".

Andre Reişar Senatda dostluq qrupunun rəhbəri kimi Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında həmişə maraqlı olduğunu söyləyib. Bildirilib ki, onların müşahidələri referendumun Avropa standartlarına uyğun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur: "Biz Azərbaycanın uğurları ilə yanaşı, problemlərini də yaxşı bilirik. Bu baxımdan, qaçqınlar məsələsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük diqqət yetiririk. Budəfəki gəlişimizdə də qaçqınların ümumxalq səsverməsi prosesində iştirakı ilə yaxından maraqlanmışıq. İnanırıq ki, Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər ölkədə demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edəcək".

Xəbər lenti
0