MDB sammiti

Prezidentlərin Bişkek sammiti başlayıb

52
(Yenilənib 19:45 16.09.2016)
İclasda Azərbaycanın, Ermənistanın, Belorusiyanın, Qazaxıstanın, Rusiyanın və Tacikistanın prezidentləri iştirak edirlər

BAKI, 16 sen — Sputnik. Bişkekdəki "Ala-Arça" dövlət rezidensiyasında Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərin başçılarının Şurasının iclası başlayıb. Sputnik-in məlumatına görə, iclasda 6 ölkənin — Azərbaycanın, Ermənistanın, Belorusiyanın, Qazaxıstanın, Rusiyanın və Tacikistanın prezidentləri iştirak edirlər.

Türkmənistanı Nazirlər Kabineti sədrinin müavini, Moldovanı baş nazir, Özbəkistanı xarici işlər naziri, Ukraynanı isə səfir təmsil edir. Gündəlikdə xarici işlər nazirlərinin razılaşdırdığı 15 məsələ var.

Dövlət liderlərinin və nümayəndə heyətlərinin başçılarının iştirakı ilə əllə görüşmə və birgə şəkil çəkdirmə mərasimi başa çatıb. Bundan sonra Kiçik zalda məhdud heyətdə iclas başlayıb. Daha sonra iclasın genişləndirilmiş heyətlə davam etdirilməsi nəzərdə tutulur. Sammit sənədlərin imzalanması mərasimi ilə başa çatacaq.

52
Teqlər:
Müstəqil Dövlətlər Birliyi, "Ala-Arça", Bişkek, MDB, sammit
Əlaqədar
İlham Əliyev MDB-nin ölkə başçılarının sammitində iştirak edəcək
MDB PA Azərbaycandakı referendumu izləyəcək
MDB ölkələri Müdafiə Nazirləri Şurasının 70-ci iclası keçirilib
MDB-nin gənc liderləri Bakıda toplaşdılar
MDB Xüsusi Xidmət Rəhbərləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək
ABŞ hərbçiləri, arxiv şəkli

Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil

19
(Yenilənib 20:11 10.08.2020)
ABŞ hərbçilərinin dislokasiyası xeyli xərc tələb edəcək, lakin istənilən halda bu, uzun illər ərzində onların Almaniyada qalmasına görə ödəniş etməkdən daha sərfəlidir.

BAKI, 10 avqust — Sputnik, İrina Alksnis. ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Amerika qoşunlarının Almaniyadan çıxarılması Rusiyanın qarşısının alınması strategiyasına uyğundur. Nazirin sərəncamında bəyan edilən bu mövqeni dəstəkləmək üçün yeganə bir arqumenti var: Birləşmiş Ştatlar əslində "daha çox qoşununu şərqə, Rusiya sərhədlərinə doğru çəkəcək". Dərd burasındadır ki, diqqətlə nəzərdən keçirsək, bu arqument yanlışdır və amerikalılar üçün son dərəcə xoş olmayan bir halı üzə çıxarır.

Almaniyanı təxminən 12 min hərbçi tərk edəcək. Onların əksəriyyəti – 6,4 min nəfər – ABŞ-a evə qayıdacaq. Qalanları İtaliya və Belçika da daxil olmaqla, digər Avropa ölkələrinə dislokasiya ediləcək. Polşaya isə – yəni düz Rusiya ilə sərhədə – yalnız min hərbçi göndəriləcək.

Bu rəqəmlər Esperin sözlərini elə də dəstəkləmir. Başqa cür ola da bilməzdi, çünki ABŞ-ın Almaniyadakı kontingenti ətrafında toqquşmaların NATO ilə Rusiya arasındakı qarşıdurmaya çox uzaq münasibəti var.

Hələ 2018-ci ilin iyununda "The Washington Post" Pentaqonun Avropada qoşunların irimiqyaslı dislokasiyasının dəyərini və nəticələrini təhlil etdiyi barədə yazıb. Qəzet iddia edib ki, Tramp həmin ilin əvvəlində bu ideyaya maraq göstərib. ABŞ Prezidentinin motivləri məhz müdafiəyə pul xərcləməkdən imtina edən NATO müttəfiqləri ilə bağlı olub. Bu, ilk növbədə Berlinə aid olub. Almaniya Şimali Atlantika Alyansının nizamnaməsinin tələbinə zidd olaraq illərdir ki, hərbi xərclərini ümumi daxili məhsulun 2 faizinə qədər artırmaqdan çəkinir.

Bir il əvvəl mövzu yenidən ictimailəşib. Həmin vaxt ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell ölkəsinin hərbi kontingentinin bir hissəsini Almaniyadan Polşaya çıxarmağa hazır olduğunu açıq şəkildə bəyan edib, çünki "almanların ticarət balansının profisitindən öz daxili məqsədləri üçün istifadə etdiyi bir vaxtda amerikalı vergi ödəyicisinin bundan sonra da Almaniyadakı 50 mindən çox amerikalıya görə pul ödəyəcəyini gözləmək təhqiramiz olardı".

Bu bəyanat Polşada ən qızğın və coşqun reaksiyaya səbəb olub. Ötən bir il ərzində polşalı siyasətçilər və media Almaniyanın əvəzinə məhz onların ölkəsinin Amerika hərbi qüvvələrinin Avropada cəmləşməsinin əsas yerinə çevriləcəyinə ümid edib. Məsələ hətta nüvə silahlarının dislokasiyası perspektivlərinin müzakirəsinə gəlib çatıb. Doğrudur, qeyd etmək lazımdır ki, bu danışıqlar boş yerdən peyda olmayıb, əksinə, hadisələrin bu cür inkişafına yol vermiş amerikalı rəsmilər tərəfindən təhrik edilib.

Ümumiyyətlə, faktları siyasi bəyanatlardan, planlardan və gözləntilərdən "təmizləsək", baş verənlərin mahiyyətini görərik.

Birləşmiş Ştatlar uzun illər boyu Almaniyanı dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi hərbi xərclərini kəskin şəkildə artırmağa məcbur etməyə çalışıb. Amerikalılar tərəfindən təhdidlər və təzyiqlər davam edib, amma onların səyləri nəticə verməyib: Vaşinqton Almaniya hakimiyyətini mövqeyindən tərpədə bilməyib.

Görünür, Donald Tramp, nəhayət ki, baş verənlərdən bezib və odur ki, indi ölkənin müdafiə naziri və digər rəsmilər dövlət başçısının Almaniyadan hərbçiləri çıxarmaqla bağlı qəbul etdiyi qərarı ört-basdır etməyə çalışırlar ki, Birləşmiş Ştatlar bu vəziyyətdə uduzmuş görünməsin.

Lakin Birləşmiş Ştatlar məhz uduzmuş görünür: Almanlardan arzu ediləni əldə etmək mümkün olmayıb. Bu, iqtisadiyyata əlavə investisiyalar gətirməyib.

Avropadakı hərbi kontingent kiçiləcək və bu, Rusiyanın öz nüfuzunu və gücünü artırması fonunda baş verəcək. Lakin qoşunların çıxarılması Almaniya üçün zəif "cəza"dır: Almaniya həqiqətən iş yerlərini və hərbi infrastruktura xidmət etməklə əldə edilən müəyyən qazancı itirəcək, lakin bu itkilər ölkənin Vaşinqtonun tələblərinə əməl etməsi halında üzləşəcəyi itkilərlə müqayisə edilə bilməz.

Qısaca, Polşaya əlavə min hərbçinin göndərilməsi ABŞ-a öz imicini qorumağa və Rusiyanın qarşısının alınması kursunu saxladığını bəyan etməyə imkan verən yeganə arqumentdir.

Yəqin ki, bütün bu hekayədə ən maraqlı sual Trampın niyə kontingenti Almaniyadan çıxarmağa dair qərar qəbul etməsidir. Axı ona pişiyi quyruğundan dartmağa heç nə mane olmurdu. Mənfi nəticələr də, görünür, az olacaqdı.

Belə görünür ki, cavabı Amerika Prezidentinin şəxsiyyətində və onun milli lider kimi qarşıya qoyduğu məqsədlərdə axtarmaq lazımdır. Bütün ekssentrikliyinə baxmayaraq Donald Tramp, əslində, Amerikanın yığılıb qalmış sistemli problemlərin həllinə istiqamətlənib – o cümlədən radikal tədbirlər yolu ilə.

Digər məsələlərlə yanaşı, Birləşmiş Ştatlar elə bir tələyə düşüb ki, onun iqtisadi maraqları və dünya fövqəldövləti kimi şöhrəti arasında birbaşa ziddiyyətlər yaranıb. Əslində, prezidentin narazılığı tamamilə ədalətlidir: Amerika yalnız Avropanın müdafiə funksiyalarını öz üzərinə götürməyib, həm də bu müdafiə üçün öz cibindən ödəyir, çünki köhnə dünyanın ən böyük və zəngin iqtisadiyyatları onun boynunda rahat şəkildə oturublar.

Şübhəsiz, onların heç birinin, o cümlədən Almaniyanın Rusiya tərəfindən özünə qarşı hərbi təhlükənin reallığına inanmaması burada öz rolunu oynayıb. Odur ki, amerikalılar Moskva ilə hərbi-siyasi oyunu davam etdirmək istəsələr, Avropa Vaşinqtonun tərəfində olmağa hazırdır, lakin Vaşinqton öz ambisiyaları üçün özü ödəməlidir.

ABŞ-ın qlobal fövqəldövlət statusu isə Amerika elitası üçün dəyərlidir və bunun üçün pul tökmək günah deyil – o cümlədən uğursuz layihələrə.

Yalnız bu mövqe Donald Trampa uyğun deyil. O, dəfələrlə və açıq şəkildə bəyan edib ki, dünya liderliyi Birləşmiş Ştatlara və onun iqtisadiyyatına konkret fayda gətirməlidir. Əgər bu baş vermirsə, onda supergüc olmaq faydasız və bahalı bir axmaqlıqdır, bu statusu dəstəkləməyə sərf olunan resursları isə daha mənalı sahələrə yönəltmək daha yaxşı olardı.

Hərbi kontingentin bir hissəsinin Almaniyadan çıxarılması haqqında qərar prinsipial məsələlərdə Trampın sözlərinin əməllərindən fərqlənmədiyinin növbəti nümunəsi oldu. O, Berlinin mövqe dəyişikliyinə nail ola bilməyəcəyini anlayaraq biznesmen kimi addım atdı və xərclərin azaldılması prosesinə başladı.

Hərbçilərin dislokasiyası ABŞ-dan xeyli xərc tələb edəcək, lakin istənilən halda bu, uzun illər ərzində onların Almaniyada qalmasına görə ödəniş etməkdən daha sərfəlidir. Buna görə də əminliklə demək olar ki, Donald Trampın qərarı iqtisadi cəhətdən səmərəlidir və ABŞ-ın milli maraqlarına uyğundur.

Paralel olaraq, bu qərar, əlbəttə ki, Birləşmiş Ştatların qlobal hegemonluğunun demontajını davam etdirir, onun zəifliyini, üzərinə götürdüyü maliyyə öhdəliklərinin yükünü çəkə bilmədiyini açıq şəkildə nümayiş etdirir.

19
Əlaqədar
Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
Trampın Putinə “son hədiyyəsi”
Dostluq ayrı, iş ayrı - NATO Rusiya-Ukrayna müharibəsinə qarışmayacaq
Tramp bu ölkədən on minədək amerikalı hərbçinin çıxarılmasını təsdiqlədi
Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyib - "Şimal Axını-2"-yə görə
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Prezident İlham Əliyev Lukaşenkonu təbrik etdi

10
(Yenilənib 14:08 10.08.2020)
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər

BAKI, 10 avqust — Sputnik. Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Dövlətimizin başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.

Telefon söhbəti zamanı əməkdaşlığın müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

10
Əlaqədar
Putin və Lukaşenko 33 rusiyalının saxlanılmasını müzakirə ediblər
Növbəti prezidentin adını deyə bilərəm, amma...
Belarusda ilkin nəticələr açıqlandı – Sürpriz olmadı
ABŞ-ın Belarusa dair planı var - Dövlət Departamentinə bağlı adamlar Minskdə nə edirlər?
Lukaşenko: Oğlum hakimiyyətə qarşı müxalif əhval-ruhiyyədədir
Hamilə qadın əməliyyat otağında

Bakıda 58 yaşlı qadının ilk övladı doğuldu

0
(Yenilənib 23:15 10.08.2020)
Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb

BAKI, 10 avqust — Sputnik. Bakıda orta məktəb müəllimi olan 58 yaşlı qadın ilk övladını dünyaya gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Bakıda ikinci belə haldır: başqa bir qadın 64 yaşında ana olmuşdu.

Həkim etikası çərçivəsində qadının adı açıqlanmır. Həkim-ginekoloq Elnurə Mustafayevanın sözlərinə görə, onun nəzarəti altında olan pasiyent ekstrakorporal mayalanma prosedurundan sonra hamilə qalıb.

Qadın 45 yaşında ailə qurub. Bu illər ərzində o, təbii yollarla hamilə qalmağa cəhd göstərib.

“Bu fakt – qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz. Bu yaşda bir çox pasiyentlərimizə müalicə yazmaqdan çəkinirik, ancaq bu qadın, bir növ, fenomen oldu. Yəni onun səhhəti uşaq doğmağa imkan verdi. Bundan başqa, onun heyrətamiz iradəsi var”, - deyə həkim bildirib.

Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb.

Məlumdur ki, süni mayalanma 100 faiz hamilə qalmağa zəmanət vermir.

“Ancaq bizim pasiyentimizin səhhəti uğurlu nəticə üçün, demək olar ki, ideal idi”, - Mustafayeva deyib. 

Əlbəttə, 58 yaşında hamiləlik asan olmasa da, o, uğurla sonlanıb. Doğulan uşağa Fateh adı qoyulub.

Oğulla ananı artıq evə yazıblar.

0
Əlaqədar
Otuz ildən sonra! Artıq körpələr başqa yolla doğulacaq
Səhv düşəndə yerimiz: hamilə qala bilməyən qadın kişi çıxdı
Adın, abrın, pulun və inamın məhv edildiyi məkanlar: onların tənbehini payızda verəcəklər
Azərbaycanlı kişilərə də günəş doğur: xanımınıza görə dincələ bilərsiniz
Həkimlər özləri bilmirlər: süd vermək qərarını analara həvalə etdilər