Azərbaycanlı deputatlar Rusiyadakı seçkiləri müşahidə edəcəklər

22
Əli Hüseynli, Muxtar Babayev Moskva və Tver, Rüfət Quliyevlə Mixail Zabelin isə Sankt-Peterburq və Moskva şəhərlərində prosesi izləyəcək

BAKI, 15 sen — Sputnik. Sentyabrın 18-də Rusiya Dövlət Dumasına növbəti seçkilər keçiriləcək. Milli Məclisin deputatları seçkiləri müşahidə etmək üçün sentyabrın 16-dan Rusiya Federasiyasının bir sıra şəhərlərində səfərdə olacaqlar. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev və Mixail Zabelin isə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər.

Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, seçicilərin fəallığına diqqət yetirəcəklər. Səfər sentyabrın 20-də başa çatacaq.

22
Teqlər:
parlament, müşahidəçi, seçki, deputat, Rusiya Dövlət Duması
Əlaqədar
Satanist "Mənə səs verməyin!" şüarı ilə seçkini uddu
Hillari Klinton seçki kampaniyasını davam etdirəcək
ABŞ-da Rusiya xofu: Moskva seçkilərə müdaxilə edəcək
Türkiyədə erkən bələdiyyə seçkiləri keçirilə bilər
Ruslar Dövlət Dumasına keçiriləcək seçkilərə Bakıda səs verə biləcəklər
ABŞ-da seçki saxtakarlığının qarşısı bu cür alınacaq