Barak Obama, ABŞ prezidenti

Obamadan Türkiyə barəsində şok sözlər

1048
(Yenilənib 13:08 03.09.2016)
ABŞ prezidenti: Türkiyədə hazırda siyasi və sivil bir zəlzələ yaşanır.

BAKI, 3 sen — Sputnik. ABŞ prezidenti Barak Obama FETÖ-nün 15 iyul çevriliş cəhdindən sonra Türkiyə ilə təhlükəsizlik sahəsindəki əlaqələrdə hər hansı zəifləmənin olmadığını ifadə edərək, "Türkiyə güclü bir NATO müttəfiqi olmağı davam etdirir" deyib.

Sputnik xəbər verir ki, Barak Obamanın “CNN” televiziyasında Fareed Zakariaya verdiyi müsahibənin bir hissəsi yayımlanıb. 

Obama çevriliş cəhdindən sonra iki ölkə arasında təhlükəsizlik sahəsində əlaqələrdə zəifləmə görülmədiyini söyləyib. 

İŞİD-lə mübarizədə Türkiyə ilə birlikdə çalışdıqlarını xatırladan Obama "Türkiyə bölgədə bir çox mövzuda əhəmiyyətli bir ortağımız" ifadəsindən istifadə edib.

Obama deyib: "Təbii ölkələrində siyasi və sivil bir zəlzələ yaşadıqları gerçəyindən kimsənin şübhəsi yoxdur. Yenidən inşa etmələri lazımdır və bunu necə etdikləri əhəmiyyətli olacaq. Göstərmək istədiyimiz budur ki, Türkiyə xalqını dəstəkləyirik. Əgər atdıqları addımların uzun müddətli maraqlarına və ortaqlığımıza zidd olduğunu düşünsək, hər yaxşı dostun etdiyi kimi, onlara səmimi olaraq irad bildirəcəyik. 

1048

Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxladı

6654
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Zakir Həsənov Kəlbəcərə görə komandanları topladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.

Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.

Nazir döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.

Tədris ilinin ikinci yarısında Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov işlərin qısa zamanda yekunlaşdırılması, qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsi, hərbi hissələrin, xüsusilə də yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin və mövqelərin qışa hazırlığının təmin edilməsi, həmçinin hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılması barədə komandir-rəis heyətinə göstərişlər verib.

Eləcə də oxuyun:

6654
Teqlər:
Zakir Həsənov, Azərbaycanın müdafiə naziri, müşavirə, Kəlbəcər, komandan, nazir müavini, sərhəd
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Politoloq Fikrət Sadıxov

Politoloq: “Şablona çevrilən izahatlar reallığı əks etdirmir”

16
(Yenilənib 12:37 04.08.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır
Fikrət Sadıxov: “Bu, Qərblə İranın münasibətlərinin nəticəsidir”

Oman körfəzində İsrail şirkətinə məxsus neft daşıyan tankerin hücuma məruz qalmasında İran günahlandırılır. Arıq bir çox Qərb dövlətləri bununla bağlı İran hökumətini sərt tənqid edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu cür hallar ilk dəfə deyil ki yaşanır və bu, Qərblə İranın münasibətlərinin nəticəsidir: “Ola bilsin ki, belə bir hadisənin baş verməsində İranın da əli və maraqları var. Ancaq şablona çevrilən izahatlar reallığı əks etdirmir. Əgər bunu İran edibsə, boynuna götürməlidir, kimdən çəkinməlidir axı?! Aydındır ki, tərəflər arasında qarşıdurma gedir. İsraili də başa düşmək olar. İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
 Yardımlıda meşə yanğını

FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"

0
(Yenilənib 19:29 04.08.2021)
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyinə görə yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

BAKI, 4 avqust — Sputnik. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin oxuyun:

Lənkəranın dağlıq ərazisində baş verən meşə yanğınları söndürülüb

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

0