SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Polşadan Azərbaycan necə görünür?

© Sputnik / Murad OrujovPolşalı analitik, "Yeni Şərqi Avropa" jurnalının şərhçisi Aneta Stşemjalska
Polşalı analitik, Yeni Şərqi Avropa jurnalının şərhçisi Aneta Stşemjalska - Sputnik Azərbaycan
Abunə olmaq
Polşalı ekspert deyir ki, Azərbaycanla bağlı hər hansı araşdırmalar aparmaq Gürcüstandan daha çətindir

BAKI, 31 avq — Sputnik. "Azərbaycan — Polşa — Avropa münasibətləri bizim region və dövlətlər üçün həmişə vacib olub".

Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında yeni müqavilə Bakıya nə verir?" mövzusunda keçirilən konfransda, polşalı analitik, "Yeni Şərqi Avropa" jurnalının şərhçisi Aneta Stşemjalska belə deyib.

İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyev Polşada Qarabağ məsələsini müzakirə edib

Onun sözlərinə görə, Polşanın Azərbaycan — Avropa münasibətlərinə pozitiv təsiri yeni hadisə deyil: "Bakıda gəzərkən biz polyak memarların inşa etdiyi çoxsaylı tarixi memarlıq abidələrinə rast gəlirik. Bu, Azərbaycan və Polşa mədəniyyətlərinin kəsişməsidir. Lakin son illər bu proses bir az dayanıb, iki ölkənin münasibətləri isə inkişaf edə biləcəyi qədər də yaxşı inkişaf etmir".

Analitik bildirib ki, Şərq Tərəfdaşlığı və digər oxşar layihələr ölkələrimiz arasındakı əlaqələrin artmasına səbəb olmalıdır və bu artım tək iqtisadi sahəni əhatə etməli deyil: "Biz mədəniyyət, informasiya mübadiləsi və digər sahələrdə də öz əlaqələrimizi genişləndirə bilərik".

Ekspertin sözlərinə görə, Polşada Azərbaycan da daxil olmaqla, bütün postsovet ölkələrə maraq göstərilir, lakin bu sahədə bəzi çətinliklər yaranır: "Polşada Qafqazla maraqlanan müəyyən qruplar var. Onlara regionda maraqlı olan gənclər daxildir. Azərbaycan da Polşada xeyli maraq doğurur, lakin bu məsələdə informasiya çatışmazlığı müşahidə olunur. Müəyyən tədbirlər keçirilsə belə, Azərbaycan Polşada yetərincə təbliğ olunmur".

Polşalı analitik hesab edir ki, Azərbaycanla birgə layihələrin təşkili zamanı da müəyyən çətinliklər yaşanır: "Bu, tək Azərbaycanla bağlı deyil. Bilirsiniz ki, Avropa Birliyinin öz qanunları var. Layihələrin keçirilməsi müəyyən vəsait tələb edir, həmçinin Azərbaycanla hər hansı araşdırmalar aparmaq Gürcüstandan daha çətindir. Bunun üçün hazırlıq da olmalıdır. Lakin bütün bunlar həll olunan problemlərdir".

Qeyd edək ki, Azərbaycan — Polşa münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. NATO, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşa ilə mövcud əlaqələrin daha da genişləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Polşa Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması mövqeyindən çıxış edir.

Xəbər lenti
0