Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən paytaxt Ankaradakı iqamətgahında Birləşmiş Ştatların vitse-prezidenti Co Baydeni qəbul edib

"Türkiyədə anlamırlar ki, Güləni qaytarmaq Obamanın əlində deyil"

58
(Yenilənib 16:54 25.08.2016)
Ekspertlər Ankara - Vaşinqton münasibətlərinin qırılma həddinə çatacağını güman etmirlər

BAKI, 25 avq — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən paytaxt Ankaradakı iqamətgahında Birləşmiş Ştatların vitse-prezidenti Co Baydeni qəbul edib. Təkbətək görüşdən sonra onlar mətbuat qarşısına çıxıblar.

US Vice President Joe Biden
© Sputnik / Sergei Guneyev

Ərdoğan Baydendən Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunmasını istəyib. O, 15 iyul çevriliş cəhdinin arxasında məhz Gülənin durduğunu, bunun dəlillərlə sübut olunduğunu bir daha təkrarlayıb.

"Amerika Birləşmiş Ştatlarının bu məsələdə haqlı ümidlərimizi doğruldacağına və lazımi addımları atacağına inanıram", deyə — Ərdoğan əlavə edib.

Öz növbəsində Bayden Fətullah Güləni qorumaq üçün heç bir səbəblərinin olmadığını qeyd edib: "Amerikanın Fətullah Güləni qoruduğunu iddia etmək axmaqlıqdır. Axı, bu? bizim nəyimizə gərəkdir? Türkiyə Böyük Millət Məclisini bombalayan terrorçunu qorumaq ABŞ-a nə verə bilər ki? Siz elə bilirsiniz ki, 15 iyul çevrilişi uğurlu olsaydı və hakimiyyətə hərbçilər gəlsəydi, ABŞ bundan məmnunluq duyardı? Bunu necə düşünə bilərsiniz?".

"Amerika dövləti və xalqı hər zaman demokratiyanın yanındadır, hər zaman türk xalqı ilə birlikdədir. Gülənin ekstradisiya məsələsinin uzanmasına səbəb ölkəmdəki hüquq sistemidir. Əgər prezident Obama, Gülənlə bağlı özü qərar versə, onu o vəzifədə bir dəqiqə saxlamazlar. Çünki ABŞ-da güclər ayrımı deyilən bir hüquq sistemi var. Gülənlə bağlı qərarı da məhz Federal Məhkəmə verməlidir. Düşünürəm ki, yetərli dəlillər təqdim ediləndən sonra ABŞ Federal Məhkəməsi Türkiyənin istədiyi qərarı verəcək", — vitse-prezident qeyd edib.

Türkiyədəki demokratiyaya inandıqlarını söyləyən Bayden "Türkiyə güclü dövlətdir və sizə ehtiyacımız var" açıqlamasını da sözlərinə əlavə edib.

Tədbirdə Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan da danışılıb. Co Bayden ABŞ-ın bu əməliyyatları dəstəklədiyini deyib: "Türk sərhədlərini Türkiyə dövləti özü qorumalıdır. Müttəfiqimiz olan bir dövlətin sərhədində terror şəbəkələrinin fəaliyyəti qəbuledilməzdir".

Ərdoğan isə qeyd edib ki, hərbi əməliyyatlar ölkə sərhədləri terrordan təmizlənənə qədər davam edəcək: "İŞİD də daxil olmaqla, terrorla mübarizə bölgədə ən həssas məsələdir. Terror təşkilatının yaxşısı-pisi olmaz. Onlar arasında ayrı-seçkilik etmək olmaz. Milli təhlükəsizliyimizin təhdid edilməsinə əsla imkan verməyəcəyik".

Qabil Hüseynli, politoloq
© Sputnik / STR
Qabil Hüseynli, politoloq

Baydenin Türkiyəyə səfərini və verilən bəyanatları Sputnik-ə dəyərləndirən politoloq Qabil Hüseynli, zamanla unudulan bir çox məsələlərə toxunub: "Amerikanın Türkiyə üçün əhəmiyyətini sadəcə Fətullah Gülənin qaytarılması ilə bağlayanlar strateji tərzdə düşünməyi ya istəmirlər, ya da bacarmırlar. Əvvəla, Gülənin Türkiyəyə verilməsi siyasilərdən asılı deyil. Türkiyədə bunu çətin başa düşələr. Niyə? Çünki, siyasətçilərin hakimiyyətin müxtəlif qollarına, polisə, məhkəməyə təsir imkanları var. Amerikada isə belə deyil. Hakimiyyətin müxtəlif qolları arasında əlaqələr olsa da, onların hamısı müstəqildir. Xüsusilə də məhkəmələr hədsiz dərəcədə müstəqildir. Prezident onların fəaliyyətinə müdaxilə edə bilməz".

"Co Bayden də dünən Ankarada bunu başa salmaq istəyirdi. O, açıq şəkildə bəyan edir ki, əgər Fətullah Gülənin 15 iyul çevriliş cəhdində əli varsa, türk tərəfi Amerika Federal Məhkəməsinə yetərli dəlillər göndərsin. Əgər sübut olunsa ki, Gülən təqsirkardır, o zaman ABŞ həmin şəxsi Türkiyəyə qaytaracaq", — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, F. Gülənin Türkiyəyə ekstradisiya ehtimalı olduqca yüksəkdir: "Çünki, həbs olunan generallar, ordu mənsubları Güləndən təlimat aldıqlarını açıq şəkildə söyləyiblər. Lap tutaq ki, bu adamın Türkiyəyə qaytarılması mümkün olmadı, alınmadı. Yenə də bu, Amerika kimi bir dövləti itirməyə, onunla münasibətləri korlamağa dəyməz. Türkiyə xarici işlər naziri Çavuşoğlu deyir ki, əgər Gülən verilməsə, ABŞ Türkiyəni itirəcək. Mənə maraqlıdır, görəsən türk siyasilər özləri başa düşürlərmi ki, onlar nə danışır və bu sözlərin hansı nəticələri ola bilər?!".

Türkiyəli politoloq Ömər Dinçər
© Photo : STR
Türkiyəli politoloq Ömər Dinçər

"Stalin 1946-cı ildə sizi Sovet respublikasına çevirmək istəyirdi. Özü də cəmi üç gün ərzində İstanbula gəlib çıxacaqdı. O zaman Stalinin qarşısına kim çıxdı? Amerika çıxdı. Sizi NATO-ya kim qəbul elətdirdi? Amerika qəbul elətdirdi. Prosesi sürətləndirdi və cəmi üç günə siz NATO-ya qəbul olundunuz. İndi siz kimə qarşı çıxmaq istəyirsiniz?", — deyə Qabil Hüseynli əlavə edib.

Mövzuya türkiyəli jurnalist-yazar Ömər Dinçər də münasibət bildirib. Onun sözlərinə görə, rəsmi Ankara Fətullah Gülənin qaytarılması üçün nə qədər israrçı olsa da, ABŞ-ın ünvanına sərt ifadələr səsləndirsə də, strateji müttəfiqliyi qoruyub saxlayacaq: "Türkiyə heç vaxt ABŞ-la əlaqələri korlamayacaq. Fətullah Gülənə görə isə heç korlamayacaq".

58
Teqlər:
ABŞ, Türkiyə, Rəcəb Tayyib Ərdoğan, Ankara, Co Bayden, Fətullah Gülən
Əlaqədar
Co Bayden Fətullah Gülənin ekstradisiyasından danışdı
ABŞ-ın ikinci şəxsi Ankaraya gəlib
ABŞ çevriliş cəhdində əli olanların Türkiyəyə verilməsi üçün hər şeyi edəcək
Kritik Türkiyə - ABŞ danışıqları başlayır
Türkiyədən ABŞ-a sərt ismarıc

Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxladı

6654
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov azad olunmuş ərazilərdə yerləşən yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış bir neçə hərbi hissədə şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib.

Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Zakir Həsənov Kəlbəcərə görə komandanları topladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.

Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.

Nazir döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.

Tədris ilinin ikinci yarısında Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov işlərin qısa zamanda yekunlaşdırılması, qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsi, hərbi hissələrin, xüsusilə də yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin və mövqelərin qışa hazırlığının təmin edilməsi, həmçinin hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılması barədə komandir-rəis heyətinə göstərişlər verib.

Eləcə də oxuyun:

6654
Teqlər:
Zakir Həsənov, Azərbaycanın müdafiə naziri, müşavirə, Kəlbəcər, komandan, nazir müavini, sərhəd
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Politoloq Fikrət Sadıxov

Politoloq: “Şablona çevrilən izahatlar reallığı əks etdirmir”

16
(Yenilənib 12:37 04.08.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır
Fikrət Sadıxov: “Bu, Qərblə İranın münasibətlərinin nəticəsidir”

Oman körfəzində İsrail şirkətinə məxsus neft daşıyan tankerin hücuma məruz qalmasında İran günahlandırılır. Arıq bir çox Qərb dövlətləri bununla bağlı İran hökumətini sərt tənqid edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu cür hallar ilk dəfə deyil ki yaşanır və bu, Qərblə İranın münasibətlərinin nəticəsidir: “Ola bilsin ki, belə bir hadisənin baş verməsində İranın da əli və maraqları var. Ancaq şablona çevrilən izahatlar reallığı əks etdirmir. Əgər bunu İran edibsə, boynuna götürməlidir, kimdən çəkinməlidir axı?! Aydındır ki, tərəflər arasında qarşıdurma gedir. İsraili də başa düşmək olar. İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Здание Администрации президента Азербайджанской Республики

Azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub

0
(Yenilənib 19:30 04.08.2021)
Bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

BAKI, 4 avqust - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Həmçinin oxuyun:

İşğaldan azad edilmiş ərazilərdəki ekoloji durum müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olunub

İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub

0