SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi keçirilib

© AZƏRTACPrezident İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb
Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb - Sputnik Azərbaycan
Abunə olmaq
İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

BAKI, 7 avq-Sputnik. Bu gün Azərbaycana səfərə gələn İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

Sputnik xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib. İran və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan və İran prezidentləri rəsmi foto çəkdiriblər.

Xəbər lenti
0