Azərbaycan Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

24
Elmar Məmmədyarov Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb

BAKI, 16 iyul — Sputnik. Azərbaycanın xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Elmar Məmmədyarov qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyiniyi diqqətə çatdırırb.

O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. Qardaş Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini bildirib. Nazir Elmar Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.

24
Teqlər:
Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov, hərbi çevriliş, Türkiyə, Azərbaycan
Əlaqədar
104 qiyamçı hərbçi öldürülüb
Azərbaycan Prezidenti Türkiyədə baş verənlərlə bağlı göstəriş verdi
"İlham Əliyev bütün gecəni çox narahat olub"
Ankarada vahiməli olay: tankı insanların üzərinə sürürlər
Bu məkana bir gələn "bir də gəlim" deyir
Fətullah Gülən Türkiyədə baş verənlərə münasibət bildirdi
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində çalışır