Elmar Məmmədyarov

"Rusiya ilə Türkiyənin yaxınlığı Azərbaycanın inkişafına müsbət təsir göstərir"

19
Elmar Məmmədyarov: "Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır"

BAKI, 12 iyul — Sputnik. "Xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir. Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər".

Sputnik xəbər verir ki, bu açıqlamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. "Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır", — deyə nazir bildirib.

19
Teqlər:
Sergey Lavrov, Elmar Məmmədyarov, qonşuluq, Türkiyə, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb
Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb
Məmmədyarov: "Lazım olsa Karyakinə kömək edə bilərəm"
Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov Sergey Lavrovun fikrinə şərik olduğunu açıqladı