Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxış edir

"2016-cı il tarixdə dərin islahatlar ili kimi qalacaq"

23
(Yenilənib 18:31 10.07.2016)
İlham Əliyev: Dünyada təhlükələr durmadan artır və iqtisadi böhran daha da dərinləşir.

BAKI, 10 iyul-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dünyada təhlükələrin artmasından danışıb.

Sputnik-in məlumatına görə, prezident deyib ki, dünyada təhlükələr durmadan artır və iqtisadi böhran daha da dərinləşir. Bütün ölkələr bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkir.

Ильхам Алиев, президент Азербайджанской Республики
© Foto : Официальный сайт президента Азербайджана
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda uğurlu inkişaf təmin edilib, ictimai-siyasi vəziyyət sabitdir, ölkənin qarşısında duran vəzifələr həll olunur.

"Bu ilin 6 ayında Azərbaycanın xarici siyasəti fəal olub. 10-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlib. Mənim də xarici ölkələrə səfərlərim Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib." — deyə İ.Əliyev bildirib.

Prezident deyib ki, bu ilin 6 ayında ümumdaxili məhsulun (ÜDM) azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft artım müşahidə olunur:

"Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Son 6 ayda 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb".

Dövlət başçısı 2016-cı ilin tarixdə dərin islahatlar ili kimi qalacağını deyib: "Strateji nəqliyyat və enerji layihələri uğurla icrası istiqamətində də tədbirlər davam etdirilir".

23
Teqlər:
strateji, Azərbaycan, təhlükə, böhran, Nazirlər Kabineti, İlham Əliyev
Əlaqədar
İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib
Prezident İlham Əliyev NATO sammitində bir sıra görüşlər keçirib
İlham Əliyev Con Kerri ilə nədən danışıb?
İlham Əliyev Polşada Qarabağ məsələsini müzakirə edib
İki ölkə başçısı İlham Əliyevi təbrik edib