Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib

Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

13
Görüşdə Azərbaycanla Birləşmiş Ştatlar arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub

BAKI, 23 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib. XİN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

E. Məmmədyarov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 4-cü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri və keçirdiyi ikitərəfli görüşlərin münasibətlərin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Bricet Brink ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini deyərək iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. O, ABŞ-ın iqtisadiyyatın şəxaləndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən regional nəqliyyat infrastrukturu layihələrini dəstəklədiyini bildirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

13
Teqlər:
Bricet Brink, ABŞ Dövlət katibi, Avrasiya, XİN, Elmar Məmmədyarov, Avropa, Azərbaycan, görüş
Əlaqədar
Elmar Məmmədyarov Sergey Lavrovun fikrinə şərik olduğunu açıqladı
Elmar Məmmədyarov Almaniyaya getdi
Elmar Məmmədyarov Gürcüstana niyə gedib?!
Elmar Məmmədyarov Bern görüşünün nəticələrini açıqladı
Elmar Məmmədyarov NATO-nun toplantısına qatılacaq
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

"Lavrovun Qarabağla bağlı sözləri fikir ayrılıqlarının olduğunu göstərir"

120
(Yenilənib 15:01 19.01.2021)
Bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə toxunub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan – Azərbaycan sülh prosesi barəsində bəzi bəyanatlar səsləndirib və 44 günlük müharibədən sonra müzakirə edilən bir çox məsələyə toxunub. Rusiyalı nazir Ermənistan rəsmilərinin Qarabağ səfərlərinə reaksiya verərək onları siyasiləşmiş bəyanatlardan çəkinməyə çağırıb, bu cür bəyanatların gərginlik yaratdığını da xüsusilə vurğulayıb. Lavrov bununla da Yerevana mesaj göndərib. Bundan əlavə, Rusiya xarici işlər naziri öz çıxışında Qarabağın statusu, sülhməramlıların mandatı, həmçinin erməni diversantların taleyi kimi məsələlərə də toxunub.

Sputnik Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovla Rusiya xarici işlər nazirinin fikirləri barədə həmsöhbət olub.

© Sputnik
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovl

Ekspert qeyd edib ki, Lavrovun çıxışında ən çox maraq doğuran məqamlardan biri keçmiş Dağlıq Qarabağ bölgəsinin statusu məsələsinə aid verilən suala cavabı olub: "Onu deyim ki, müharibənin başa çatmasından sonra noyabrın 12-də açıqlama verən Lavrov bildirmişdi ki, "indi müharibədən sonrakı siyasi prosesin əsas mövzusu Dağlıq Qarabağın statusudur". Dünən baş tutan mətbuat konfransında isə bunun əksinə olaraq bildirdi ki, "hal-hazırda status məsələsini prioritet kimi irəli sürmək üçün yaxşı vaxt deyil. Bu məsələ gələcəkdə həll olunmalıdır". Lavrovun keçən 2 ay ərzindəki bəyanatlarında belə bir dəyişikliyin baş verməsi tərəflər arasında fikir ayrılığının olduğunu göstərməklə yanaşı, status məsələsinin gündəmdə saxlanılmasına cəhd kimi də dəyərləndirilə bilər".

Vasif Hüseynovun sözlərinə görə, Lavrovun bəyanatında digər diqqətçəkən məqam Rusiyanın Qarabağa iddialarına dair şayiələrlə bağlı idi. Belə ki, Rusiyanın Qarabağı ilhaq etmək niyyətinə aid sualı "ekzotik" adlandıran Lavrov Rusiyanın belə bir planının olmadığını bildirdi:

"Düşünürəm ki, bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz. İndi tərəflər arasında müzakirə mövzularından biri məhz sülhməramlıların mandatının hazırlanması və onların fəaliyyətinin müəyyən edilmiş və razılaşdırılmış çərçivəyə salınmasıdır. Lavrov da bu məsələnin müzakirə edildiyini təsdiq etdi".

BMTM-in eksperti vurğulayıb ki, Lavrovun 44 günlük müharibədən sonra Azərbaycana qarşı təxribat göstərmiş və həbs olunmuş diversant qruplarının taleyi haqqındakı açıqlaması da Rusiyanın prosesə yanaşması haqqında bəzi nüansları ortaya çıxarıb: "Yanvarın 11-dəki üçtərəfli sammitdə Rusiya Prezidenti Vladimir Putinin söylədiyini təkrar edən Lavrov bəyan etdi ki, 9 noyabra qədər əsir götürülmüş hərbçilərin geri qaytarılması başa çatıb. O, müharibədən sonrakı dövrdə Azərbaycan tərəfindən həbs edilmiş diversant qrupların taleyi ilə bağlı danışıqlar getdiyini bildirdi. Baxmayaraq ki, Lavrov bu məsələnin 11 yanvar görüşündə də müzakirə edildiyini söylədi, həmin görüşdən sonra Prezident Putinin mətbuata açıqlamasında bu mövzuya toxunulmadı. Nə də Azərbaycan Prezidenti bu haqda hər hansı bir fikir dedi. Belə görünür ki, bu məsələni qabardan və müzakirə masasına gətirən yalnız Ermənistan tərəfidir, lakin təxribatın müharibədən sonra baş verməsi və bunun üçtərəfli bəyanatla əhatə olunmaması Yerevanın imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".

120
Teqlər:
bəyanat, rus, sülhməramlılar, Dağlıq Qarabağ, Sergey Lavrov
Prezident İlham Əliev, arxiv şəkli

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

3
Yanvarın 15-də İndoneziyanın Sulavesi adasında 6,2 manqitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri Coko Vidodoya başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"

Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında 6,2 manqitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

3

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

0
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

0