SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB-nin gənc liderləri Bakıda toplaşdılar

© Sputnik / Murad OrujovAnjelika Trapeznikova
Anjelika Trapeznikova - Sputnik Azərbaycan
Abunə olmaq
Anjelika Trapeznikova: "Payızda ilk Cənubi Qafqaz media forumu keçiriləcək. Biz indi forumun mövzularını inkişaf etdiririk ki, Cənubi Qafqazdakı hər bir ölkənin deyiləsi sözü olsun"

MDB-nin gənc liderləri Bakıda toplaşdı
BAKI, 7 iyun — Sputnik. İyunun 6-da Bakıda MDB ölkələrinin gənc ziyalılar Klubunun ikinci iclası keçirilib. Layihə MDB ölkələrində gənclər arasında peşəkar əlaqələrin inkişafı və müzakirə platformalarının formalaşması məqsədini daşıyır.
Dünya liderləri Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammitin açılışında, Haaqa. Arxiv şəkli - Sputnik Azərbaycan
Dünya liderləri bir arada: Vaşinqton sammiti başladı

Bununla əlaqədar, Sputnik Azərbaycan təşkilatçı strukturun nümayəndəsi olan, "Şimal-Cənub" politoloqlar mərkəzinin icraçı direktoru Anjelika Trapeznikovanı öz mətbuat mərkəzinə dəvət edib. O bildirib ki, iclas Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil edilib.

Onun sözlərinə görə, layihənin əsasında inteqrasiya komponenti dayanıb: "Məqsəd — birlik ölkələrinin gənc mütəxəssislərini — tarixçiləri, politoloqları, jurnalist və iqtisadçıları ən aktual qlobal problemlərin müzakirə edilməsi və ortaq movqelərin formalaşdırılması üçün bir araya gətirməkdir. Bu sessiya əsasən media məsələlərinə yönəlib".

"Bizim artıq "Gənc politoloqlar klubu", "Gənc tarixçilər klubu" kimi bir sıra iclas və layihələrimiz olub. Onlar hamısı MDB-in gənc alimlərini bir araya gətiriblər. İndi biz "Gənc intellektuallar klubu" layihəsini həyata keçiririk. Bu artıq ikinci görüşdür və bundan sonra da davam edəcək", — deyə Trapeznikova bildirib.

Bu il Moskva və Astanada iki oxşar görüşün təşkil edilməsi gözlənilir. Həmçinin, təşkilatçılar fondun dəstəyi ilə digər oxşar layihələr keçirməyi planlaşdırırlar: "Payızda ilk Cənubi Qafqaz media forumu keçiriləcək. Biz indi forumun mövzularını inkişaf etdiririk ki, Cənubi Qafqazdakı hər bir ölkənin deyiləsi sözü olsun, gənc alimlər isə təcrübələri ilə bölüşüb öz əlaqələrini artırsınlar".

Xəbər lenti
0