Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımı qəbul edib

İlham Əliyevlə Binəli Yıldırım arasında görüş olub

31
Azərbaycan Prezidenti ilə Türkiyə Baş naziri arasındakı görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub. Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

31
Teqlər:
Binəli Yıldırım, İlham Əliyev, Türkiyə, Azərbaycan, görüş
Əlaqədar
Binəli Yıldırım Bakıya rəsmi səfərə gəldi
İlham Əliyev Binəli Yıldırımı təbrik etdi
Binali Yıldırım AKP sədri seçilib